top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

ƏMİRASLANOV YUSİF ƏBÜLFƏT OĞLU

Updated: Jun 29, 2018

Əmiraslanov Yusif Əbülfət oğlu 29 aprel 1949-cu ildə Kəlbəcər qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. O, 1966-cı ildə Kəlbəcər qəsəbə orta məktəbinin əla qiymətlərlə qurtarıb, elə həmin il Bakıya gələlərək Nəriman Nərimanov adına Azərbaycan tibb institutuna qəbul olmuşdur. Əmiraslanov Yusif 1972-ci ildə həmin instutu-tun müalicə fakultəsini fərqlənmə ilə bitirib, göndərişlə 1974-cü ildə Tula şəhərində cərrah işləmişdir. O, işlədiyi müddətdə tibb elminə böyük həvəs göstərmişdir. Daha da ixtisaslı cərrah üçün elmin yüksək zirvələrinə addımlamaq arzusu onu 1974-cü ildə SSRİ Tibb EA-nın A.V.Vişnevski adına Cərrahiyə İnstitunun aspiranturasına gətirib çıxarır. Aspirantura həyatı, İttifaqın görkəmli tibb alimləri ilə birgə çalışmaq onu tibb elminin daha dərin sirlərini öyrənməyə sövq etdi. Əmiraslanov artıq tibb elmində həm elmi və həmdə tibb praktiki cəhətdə xeyli məqalələr yazmış, elmi seminar və konfranslarda çıxış etmiş, etdiyi elmi məruzələr müxtəlif tibb jurnallarında çap olunmuşdur. Nəhayət, o,1978-ci ildə ixtisası üzrə dissertasiya müdafiə edib “tibb elmləri namizədi” alimlik dərəcəsinə laiq görülmüşdür. 1978-1986-cı illər arasındakı 8 il ərazində o, əvvəlcə, kiçik elmi işçi, sonra baş elmi işçi vəzifəsində işləmişdir. Artıq çoxlu təcrübə toplamış, əməliyyatlar aparmış, elmi əsərlər yazmış Əmiraslanov Yusif 1986-cı ildə “Açıq sınıqların cərrahi müdaxiləsi” mövsuzunda doktorluq dissertasiyası müdafiə edib “ tibb elmləri doktoru” alimlik dərəcəsinə yüksəlmişdir. Artıq bilikli və təcrübəli tibb alimi Əmiraslanov Yusif elmdəki və işindəki müvəffəqiyyətlərinə görə,1996-cı ildə Rusiya Elmlər Akademiyasının A.V.Vişnevski adına Cərrahiyə İnstitutunda ixtisası üzrə professor seçilmişdir. Y.Ə.Əmiraslanov 6 elmi kitabın müəllifidir.O,150-dən çox elmi məqalə yazıb, çap etdirmişdir. Onun 5 müəlliflik şəhadərnaməsi və 8 elmi təklifi yüksək qiymətləndirilmişdir. Professor Əmiraslanovun elmi əsərlərindən bir neçəsini oxuculara tanıtdırmağı özümüzə borc bildik:-“Yaraların sağalma prosesinə, şəkər 10 xəstəliklərinin fəsadlarına, yara infeksiyasına, açıq sınıqların müalicə prosesinə, plastik cərrahiyə əməliyyatlarına dair və s.” Prof. Əmiraslanov sümüklərin uzadılması, dəri, əzələ, sümük köçürülməsi əməliyyatlarının cərrahi müdaxiləsinin yeni metodlarınıişləyin hazırlamış və praktikada tətbiq etmişdir. Onun belə cərrahi təcrübələri nəinki Rusiya Federasiyasında, hətda bir çox xarici ölkələrdə tətbiq edilir. Prof. Əmiraslanov dəvət ilə getdiyi elmi toplantılarda elmi çıxışları ilə Rusiyanı təmsil etmişdir.Tibb elminə gətirdiyi yeniliklər və samballı əsərlərinə görə, 1996-cı ildə onu Nyu-York Elmlər Akademiyasına həqiqi üzv seçmişlər. Təvrübəli tibb mütəxəssisi olan professor müxtəlif vaxtlarda təbii fəlakət rayonları olmuş Başqırdıstan, Kamçatka, Arzamas və s. yerlərə göndərilmiş, Rusiya həkim qruplarında rəhbər kimi xəstə və yaralıların müalicəsində fəal iştirak etmişdir. Bu fəaliyyətlərinə görə professor bir neçə dəfə dövlət təltiflərinə laiq görülmüşdür. Professor Yusif Əmiraslanov evlidir. İki oğlu var. Böyük oğlu, Anar Moskva Tibb Akademiyasının tələbəsidir. Kiçik oğlu, Eldar ingilis təmaüllü litseydə oxuyur. Həyat yoldaşı – Əmiraslanova Lidiya həkimginekoloqdur.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page