top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

ƏLƏSGƏROVA SAKİBƏ İSMAYIL QIZI


Ələsgərova Sakibə İsmayıl qızı, 1962-ci ilin dekabr ayında Kəlbəcər rayonunun Kəlbəcər qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur.

S.İ.Ələsgərova 1980-ci ildə Kəlbəcər şəhər orta məktəbini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə də yüksək balla ADPİ-nin filologiya fakültəsinə daxil olmuşdur. İnstitutda oxuduğu illərində Tələbə Elmi Cəmiyyətinin və Komsomol Komitəsinin üzvü olmuş, bütün ictimai işlərdə fəal iştirak etmişdir. 2-ci Umuminstitutun tələbə elmi konfransında qazandığı müvəffəqiyyətlərə görə, akademik Afat Qurbanov imzası ilə diplomla təltif edilmişdir. 23.04.83-cü ildə Xankəndində keçirilən “Böyük Vətən Müharibəsi Zaqafqaziya ədəbiyyatında” respublikasının ümumi konfransında Vilayət Komitəsi tərəfindən “Fəxri Fərman”la təltif dilmişdir.


S.İ.Ələsgərova 1984-cü ilin fevral ayında institut tərəfindən Moskva şəhərinə göndərilmiş, Lomonosov adına Ədəbiyyat İnstitutunda keçirilən elmi simpoziumda “Rus şairləri və Azərbaycan” mövzusunda elmi məruzə ilə çıxış etmiş və Fəxri Fərmanla təltif edilmişdir. 1984-cü ildə institutu Q-1 №-013271 saylı saylı fərqlənmə diplomu ilə bitirtmişdir. Təyinatla Kəlbəcər rayonunun Quzeyçirkin kəndinə göndərilmiş, iki il orada müəllimə işləmişdir. 1986-87-ci tədris ilində Kəlbəcər şəhər 1 saylı orta məktəbində komsomol katibi işləmiş, sonra 1987-92-ci illərdə Kəlbəcər Şəhər Komsomol Komitəsində çalışmışdır. 1986-cı ilin noyabrında Bakı Respublika Komsomol Məktəbini əla qiymətlə bitirərək 8823 saylı həvəsləndirici diplomu almışdır. 1992-93-cü illərdə Kəlbəcər şəhər 2 saylı orta məktəbində müəllim işləmişdir.


1993-cü ildə Kəlbəcərin işğalı ilə əlaqədar olaraq Oğuz rayonuna gəlmiş, Xalxal kənd orta məktəbində bir il dərs demişdir. 1995-ci ildən Bakı şəhərində yerləşən 23 saylı orta məktəbdə müəllimlik edir.


1988-ci ildə ADPU-nun aspiranturasına daxil olub, 1922-cı ildə bitirmişdir. “Azərbaycan və dünya xalqları ədəbiyyatı tarixi” kafedrasının professoru Xeyrulla Məmmədovun rəhbərliyi ilə “XX əsr Cənub Azərbaycan Satirasının inkişafında M.Ə.Möcuzun rolu” mövzusunda dissertasiya işini tamamlamış və müzakirəyə təqdim etmişdir.


Disertant bununla yanaşı, müxtəlif elmi konfranslarda məruzələr etmişdir. Eyni zamanda, Möcüz və Cənubi Azərbaycanın digər satirikləri haqqında radio vasitəsi ilə Cənubi Azərbaycan radiosu üçün verilişlər verilməsini təşkil edilmişdir.


Dissertasiya işinin ayrı-ayrı hissələrinə dair elmi məqalələr Respublika mətbuatında çap edilmişdir:


1. “M.Ə.Möcüz Şəbustərinin ədəbi görüşləri”. Dil və ədəbiyyat nəzəri, elmi, metodik jurnal, Bakı,1996.

2. “Möcüz satirasında qürbət motivləri”. Filologiya məsələlərinə dair tematik toplu, Bakı,1996.

3. “M.Ə.Möcüz Şəbustərinin sənətə baxışı”.

4. “M.Ə.Möcüz və Vətən”. Azərbaycan dili və ədəbiyyat tədrisi, №2, Bakı, 1997.

5. “Möcüz yaradıcılığında beynəlxalq və daxili irticaya qarşı mübarizə məsələsi”, Dil və ədəbiyyat jurnalı, 1997.

6. “Möcüz yaradıcılığında milli məsələ”, 49-cu konfransın tezisləri.

7. “Möcüz satirasında demokratik ideyalar”, 50-ci konfransın tezisləri və başqaları.

8. M.Ə.Möcüz yaradıcılığında realizm məsələsi, Dil və ədəbiyyat, 1(30), Bakı, 2001.

9. M.Ə.Möcüz əsərinin bəzi uslub xüsusiyyətləri, Dil və ədəbiyyat, Bakı, 2001.

10. “XX əsr Azərbaycan satirasının cənub qolunun tədrisinə dair”, Azərbaycan dili və ədəbiyyatı tədrisi, №4 və başqaları, 1991.


S.İ.Ələsgərova dissertasiya işi 2001-ci ilin aprel ayında müdafiəyə buraxılıb. Kitab çapa gedən müddətdə S.İ.Ələsgərovanın dissertasiyasının müdafiəsi gözlənilir.


3 qardaş, iki bacısı var, ali təhsillidirlər. Ailəlidir. İki oğıu var. Həyat yoldaşı Texnologiya İnstitutunu bitirmişdir.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page