top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Əlövsət Ağalarov Eldar Həsənova qarşı ittihamlardan danışdı


Qarabağ qazisi olduğu bildirilən bir qrup əlilliyi olan şəxslərlə SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları arasında yaşanan insident ölkə ictimaiyyətinin gündəmindən düşmür. Hadisənin detalları barəsində yayılan məlumatlardan belə aydın olur ki, əslində SOCAR əməkdaşlarının üzərinə hücum çəkənlərin heç də hamısı Qarabağ qaziləri deyil. Gununsesi.org “Yeni Müsavat”-a istinadən bildirir ki, insidentdə iştirak edənlərin arasında 4 nəfər Qarabağ əlili də var. Ancaq faktiki olaraq torpaq sahəsi hansısa qaziyə aid deyil. Bu işə rəhbərlik edən şəxsin əslən Kəlbəcərdən olan Hacıyev Məmmədəli İsgəndər oğlu olduğu bildirilib. Onun Qarabağ uğrunda döyüşlərdə iştirak etmədiyi də qeyd edilib. Yazıda həmçinin bildirilib ki, ekspertlər baş verən bütün bu hadisələrin arxasında ölkədə çaxnaşma yaratmaq istəyən qüvvələrin durduğunu düşünürlər. Musavat.com-a danışan ekspertlərdən biri iddia edib ki, “saxta qazilərin” adı ilə Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin kökü Rusiyaya bağlanır. İddiaya görə, Rusiyanın bu təxribatını isə Azərbaycana tanınmış bir fiqur ötürür! Bu, əslən Kəlbəcərdən olan, Azərbaycanın sabiq baş prokuroru, hazırda Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdur. Dünən səfir Eldar Həsənovun yayılan bu xəbərə münasibətini öyrənməyə çalışsaq da onunla əlaqə yaratmaq mümkün olmadı. Eldar Həsənovun yaxın dostu, Kəlbəcərin sabiq deputatı Əlövsət Ağalarov isə facebook-da məsələyə münasibət bildirib. O, Eldar Həsənov barədə yazılanların heç bir əsasının olmadığını bu şəkildə qeyd edib: “Şok! Şok! Şok! Böyük bir “kəşf”elədilər! Sən demə, Bakıda Qarabağ qaziləri ilə SOCAR-ın əməkdaşlarının davasının səbəbkarı, baiskarı, ruhlandırıcısı, qızışdırıcısı və nə bilim, digər nəsnələrin daşıyıcısı nə az, nə çox, nə artıq, nə əskik-Azərbaycan Respublikasının üç ölkədəki səfiri Eldar Həsənovmuş. Belə yerdə türklər demiş: Allah, Allah! Tirajlayın, cənablar! Tapıntınıza şükür! Adam oturub Avropada dövlətimizin maraqları naminə bütün imkanlarını səfərbər edərək xeyirxah işlərlə məşğul olur, bizlər də burada adi bir məişət münaqişəsini onun ayağına yazırıq! Burdan-bura bu məsələni araşdırıb əsl günahkarları tapmaq əvəzinə, dünyanın o başında vəzifəsini ləyaqətlə yerinə yetirən Səfirin “ tapşırığı”nı nə tez tapdınız, cənablar? Fantaziyanın da bir sərhədi olar, bəlkə bir az da faktla danışasınız! Nə vaxtdan Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarının-peşəkar MTN, DİN strukturlarının vəzifəsini icra etməyə başlamısınız?! Hər bir halda onların bildikləri, gördükləri sizlərin uydurmalarınızın yanında əlahəzrət faktlardan ibarətdir! Əgər bu orqanlar bu yazdıqlarınızı həqiqət kimi qəbul etsəydilər, dövlətçilik naminə kimliyindən asılı olmayaraq, qəti tədbir görərdilər! Və əgər yazdıqlarınızda 0,0001 faiz həqiqət payı olsaydı, uşaqlıq, gənclik və qocalıq dostumdan dərhal üz döndərərdim. Çünki o kişinin dövlətə, dövlətinin rəhbərinə, millətinə, ümumən bütün Azərbaycana sonsuz sədaqətinin şahidiyəm! Yazanda vicdanı və Allahı unutmayın”. Məsələyə dair Eldar Həsənovun özünün də açıqlamalarını gözləyirik.


Gununsesi.org

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page