Məmmədov Əlqəmə Əmrah oğlu 1936-cı ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. Orta məktəbdən sonra Gəncə Rabitə Texnikumunu bitirib. Hələ gənclik illərindən şer yazmağa başlayıb. Şerləri dövri mətbuatda dərc olunub. «O kənd bizim kəndimizdir» şerlər kitabı 2000-ci ildə işıq üzü görüb. 1992-ci ildə ermənilər Ağdaban kəndinə hücum edib qırğın törədəndə hərbi xidmətdə olan oğlu Ziyəddin orada şəhid olub. Ə. Əmrahoğlu Xanlar rayonunun Çaykənd kəndində məskünlaşıb.
Comments