Qurbanov Əli Abdulla oğlu 1930-cu ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1948-ci ildə orta məktəbi, 1953-cü ildə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. Həmin ildən 1990-cı ilə qədər Kəlbəcərdə yaşayıb, işləyib. Əvvəllər müəllim, sonralar uzun müddət rayon xalq maarifi şöbəsində metodist, 1976-86-cı illərdə isə Kəlbəcərdə çıxan «Yenilik» rayon qəzetinin redaktoru olub. Əli Qurban Dastançı Azərbaycan Yazıçılar, Jurnalistlər və Aşıqlar birliklərinin üzvü, «Yetim Hüseyn dastanı», «Balasıyam bu dağların», «Göyçəgülü», «Beş dastan», «Deyişmələr-dərddəşmələr», «Səməd ağa dastanı», «Söz dəyirmandakıdı», «Göyçə: Firudin qülləsi» və s. kitablarının müəllifidir. Əli Qurban Dastançı 2004-cü ildə vəfat edib, Gəncə şəhərində dəfn olunub.
Comments