top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

ƏHMƏDOV VƏLİYƏDDİN NÜSRƏT OĞLU


Əhmədov Vəliyəddin Nüsrət oğlu, 1961-ci ildə Kəlbəcər rayonu Çaykənd kəndində müəllim ailəsində anadan olmuşdur. O, həmin kənddə 8 illik məktəbi qurtarıb, sonra Bakı şəhərindəki 5 №-li kimya-biologiya təmayüllü məktəbə daxil olub, 1978-ci ildə həmin məktəbi qurtarmışdır.


1980-ci ildə atası Nüsrət müəllim oğlu Vəliyəddini Sovet Ordusu sıralarına yola salır. 1982-ci ildə o, ordudan tərxis olunub Bakıya qayıdır.


V.N.Əhmədov 1984-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1989-cu ildə universiteti qurtarıb və həmin ildə də, Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda baş lobarant vəzifəsində işləyib. 1991-ci ildə aspiranturaya daxil olmuşdur. 1995-ci ildə aspitranturanı müvəffəqiyyətlə başa vurmuşdur. 1996-cı il may ayının 15-də Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin fizika-kimya kafedrasının professoru, kimya elmlər doktoru Mirzai Cəbrayıl İsrafil oğlunun rəhbərliyi altinda “Müxtəlif quruluş qruplarına aid bir sıra təbii seolitlərin tammonim formalarının dihidratlaşma xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə etmib, kimya elmlər namizədi fəxri adına layiq görülmüşdür.


V.N.Əhmədov müdafiəsi Bakı Dövlət Universitetinin nəzdindəki xüsusi Elmi Şurada keçirilmişdir. O, gənc olmasına baxmayaraq, ciddi şəkildə elmi fəaliyyətini davam etdirir. Onun bu az müddətdə 12 elmi əsəri nəşr olunmuşdur. O, ixtisası üzrə Çexoslovakiya təcrübə mübadiləsi keçmişdir. İtaliyada, Bolqarıstanda, Gürcüstanda keçirilmiş elmi konfranslarda ixtisası üzrə mövzularla məruzə ilə çıxış etmiş, məruzəsi həmin konfransların materiallarında çap edilmişdir.


V.N.Əhmədov elmi fəaliyyətinin davam etdirməklə pedaqoji sahədə də çalışır, qarşısına qoyduğu vəzifələrdən biri də kimyə elminin əsaslarını gənc azərbaycanlı tələbələrə öyrətməkdir.


Onun atası Nüsrət Əhmədov nəinki Kəlbəcər mahalında, hətta bütün Respublikada tanınmış pedaqoqlardan biri idi. Onun pedaqoji təcrübəsi dövri mətbuatda tez-tez müəllimlərə örnək elmi-metodiki yazılarda əks olunurdu. O, Sovetlər dövründə Rayon Partiya Komitəsinin siyasi

mühazirəçisi idi. Bir neçə medal və “Şərəf nişanlı” orden ilə təltif olunmuşdur. 1988-ci ildə Kəlbəcərdə dünyasını dəyişmişdir.


9 qardaş – bacının biri olan Vəliyəddin Əhmədov ailəlidir. İki övlad atasıdır. Kəlbəcərə qayıtmaq və orada işləmək arzusu ilə yaşayır.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page