1955-ci ildə Kəlbəcər rayonunun Çərəkdar kəndində anadan olub. Orta məktəbi Qılınclı kəndində bitirib. 1972-76-cı illərdə Xankəndi Pedaqoji İnstitutunda ali təhsil alıb. İxtisasca riyaziyyat müəllimidir. 1976-93-cü illərdə Çərəkdar kənd orta məktəbində müəllim işləyib. 1993-cü ildən - məcburi köçkün düşəndən Samux rayonunda məskunlaşıb. Şerləri «Vaqif çeşməsi», «Gəncə-qala qapısı» almanaxlarında dərc olunub. İlk şerlər kitabı - «Üzü dağlara sarı» 1998-ci ildə çap olunub. 2004-cü ildə «Əməkdar müəllim» fəxri adına layiq görülüb.
Comments