top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Şəhidlərimiz xalqımızın məğlubedilməz döyüş ruhunu bütün dünyaya göstərdilər

Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təşəbbüsü ilə şairə Nigar Həsənzadənin müəllifi olduğu "İgidlərin sözü" layihəsi çərçivəsində Böyük Qələbənin üçüncü ildönümünə həsr olunmuş "Qayıdışın mübarək" adlı musiqili gecə keçirildi. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Gecədə çıxış edən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun baş katibi, Ukrayna Ali Radası sədrinin müşaviri, hüquq elmləri doktoru Hikmət Cavadov dedi:- Üç il bundan əvvəl - 2020-ci il sentyabrın 27-də  erməni təxribatı nəticəsində başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında erməni işğalçılarına qalib gəldi. İkinci Qarabağ müharibəsi xalqımızın qələbəsi ilə başa çatdı. Qəhrəman hərbi qulluqçularımız döyüşlərdə böyük hünər və rəşadət göstərdilər. Torpaqlarımızı erməni işğalından azad etdilər. Bu Qələbə, bu Zəfər ölkəmizdən kənarda yaşayan soydaşlarımızın da başını uca etdi. Qazanılan Zəfərə görə Vətən yolunda canlarından keçən şəhidlərimizə, müharibədə iştirak edənlərin hamısına minnətdarıq.Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev çıxış edərək dedi ki, tarix yazan qəhrəman ordumuz, hərbi qulluqçularımız cəsarət və hünərləri ilə xalqımızın milli qürurunu, qələbə ruhunu özünə qaytardı. Bugünkü tədbir onların qəhrəmanlıqlarını hər zaman xatırlamaq üçündür. Şəhidlərimiz və müharibə iştirakçılarımız Azərbaycanın haqq işi uğrunda mübarizə aparmaq əzmini, məğlubedilməz döyüş ruhunu bütün dünyaya nümayiş etdirdilər. Sizə minnətdarıq, əziz oğullar!Çıxışlar başa çatandan sonra Vətən müharibəsinin maraqlı, qürurverici anlarını özündə əks etdirən videoçarx nümayiş etdirildi.Tədbirdə sözləri şair Arif Abdullazadəyə, musiqisi isə Əməkdar İncəsənət xadimi Cavanşir Quliyevə məxsus "Şəhidlər andı" mahnısı ilk dəfə səsləndi.2022-ci il Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Həzrət Əzizli, müharibə iştirakçıları Məbud Əhmədov, Fərid Atazadə və İdris Huseynov qəlbləri riqqətə gətirən ifaları ilə tədbir iştirakçıları qarşısında çıxış etdilər. "İgidlərin sözü" layihəsinin döyüşçü şairləri - 44 günlük Vətən müharibəsindəki qələbənin qazanılmasında igidliklər göstərmiş, keçmiş döyüşçü əsgərlər Oğuz Alparslan, Miri Abdullayev, Vüsal Hətəmov, Eyvaz Əyyub, Emin Piri, Tamerlan Əsədov, Elvin İntiqam,

Nicat Ağayev, Kərəm Aydın, Həsən Kür, Cavid Qasımov və Səbuhi Qurbanov qələmə aldıqları vətənpərvər ruhlu şeirlərini səsləndirdilər.


Respublikanın Əməkdar artisti Lalə Məmmədova sözləri şairə Nigar Həsənzadəyə, musiqisi Xanım İsmayılqızına məxsus "Qayıdışın mübarək" mahnısını ilk dəfə ifa etdi.


Sonda "Söz" və "İgidlərin sözü" layihələrinin müəllifi, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Mədəniyyət, Təhsil və Humanitar Komitəsinin sədri şairə Nigar Həsənzadə gecədə iştirak edənlərə, xüsusən də şəhid analarına və müharibə iştirakçılarına təşəkkürünü bildirdi.


Musiqili gecə başa çatdıqdan sonra tədbir iştirakçıları Muğam Mərkəzinin foyesində "Accent Group"un dəstəyi ilə Azərbaycan Dövlət Televiziyasının "Döyüşən rəssamlar" layihəsi çərçivəsində Vətən müharibəsinin iştirakçıları olmuş rəssamların əsərlərinə böyük maraqla tamaşa etdilər. Xatırladaq ki, layihənin ideya müəllifi Rövşən Niat, rəssamlar Tərlan Eyvazov, İntiqam Ağayev, heykəltəraş-rəssamlar Cavid Rəhmətov və Fərid Məmmədovdur.


Tədbir iştirakçıları Vətən müharibəsindəki Zəfər işığından doğan yaddaqalan bir gecə yaşadılar.



Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"

Comentários


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page