top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Şəhidin nəşi döyüş bölgəsindən çıxarılmayıb - QOHUMLARI

Bu gün şəhid İbrahim Vəliyev kəlbəcərli vəkil Əziz Qənbərlinin qohumudur.

Bu barədə Modern.az-a danışan Əziz Qənbərli şəhidin ailəsi haqqında məlumat verib. O qeyd edib ki, əsgərimizin nəşini Qazaxdan çıxarmaq hələlik mümkün olmayıb: “Hazırda döyüş bölgəsində yenə atışma səngimək bilmir. Şəhidimizin nəşi də döyüş bölgəsindədir. Ona görə, ailəsinə təhvil verilməyib. Yəqin ki, yaxın vaxtda dəfn haqqında məlumat veriləcək. Əsgərin ailəsi Kəlbəcər rayonundan məcburi köçkündürlər. Hazırda Zərdabda yaşayırlar. İbrahimin özündən kiçik bir qardaşı və bacısı var”. Vəkil onu da bildirib ki, şəhidin atası ağır xəstədir: “Atası müalicə üçün İrana getməli idi. Oğlunun şəhid xəbərini çatdırdılar, yoldan qayıtdı. Ailə təsərrüfatla məşğuldur, maddi durumları o qədər də ürəkaçan deyil. Üzücü xəbər olsa da, vətən uğrunda şəhidlik zirvəsinə yüksələnlər bizim qürurumuzdur”. Qeyd edək ki, Dövlət Sərhəd Xidmətindən (DSX) məlumatına görə, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.


Qeyd: İndi aldığımız məlumata görə artıq Şəhidimizin nəşi Qazaxda Hərbi Hissəyə gətirilib.

Dəfn barədə əlavə məlumat veriləcək!

Modern.az

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page