top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

"Şükür ki, atam Kəlbəcəri azad gördü" - Cavid Qurbanov



"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov atası Qənbər Şəmşiroğlunun vəfatı ilə əlaqədar başsağılığı verənlərə təşəkkür edib. Kalbajar.com xəbər verir ki, təşəkkürdə deyilir: "Əziz və dəyərli yurddaşlarım, Ata itkisinin kədərini yaşadığımız bu günlərdə mənə və ailəmə verdiyiniz təsəlliyə, göstərdiyiniz diqqət və ehtirama görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Atam – Dədə Şəmşirin yadigarı Qənbər müəllim gəncliyindən ömrünün ahıl çağlarına qədər yüksək vəzifələrdə çalışıb. O, müxtəlif dövlət və rəhbər vəzifələrdə çalışsada, hansı vəzifədə olmağından asılı olmayaraq, insanların yaddaşında, ürəyində bir müəllim, maarifçi, pedaqoq, xeyirxah və müdrik el adamı kimi qaldı. Bu illər ərzində onun qəlbi həmişə xalqı, eli-obası ilə birgə döyünüb. Heç zaman el-obadan ayrılmayıb, övladlarına da hər zaman bu mənəvi keyfiyyətləri aşılayıb. Atam dövlət işlərində çalışmaqla bərabər ailəmizdən gələn ənənəyə sadiq qalaraq bədii yaradıcılıqla da məşğul olurdu. Xalqımıza çoxlu əsərləri yadigar qaldı. Onun əsərləri xalqa bağlılığı ifadə edir. Atam bir şeirində deyirdi: Elin köməyilə çörəklənmişəm, Dirçəlib, dirçəlib zirəklənmişəm. Bu misralar atamın elinə-obasına bağlılığının poetik inikasıdır. Şükürlər olsun ki, atam ömrünün sonlarında Qarabağımızın, doğulduğu Kəlbəcərin azadlığını gördü. Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətlə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərin şahidi oldu. Ona görə əminəm ki, atamın ruhu şaddır. Bir daha bu günlərdə kədərimizə şərik olan hər kəsə öz adımdan və ailəmiz adından hörmət və ehtiramımı bildirir, Sizin də dünyadan köçən doğmalarınıza Uca Allahdan rəhmət, qalanlarınıza isə can sağlığı diləyirəm". Hörmətlə, Cavid Qənbər oğlu Qurbanov

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page