top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Şuşa bəyannaməsi- Əsrin müqaviləsi 2



Artıq XIX əsrdəki, XX əsrdəki Azərbaycan yoxdur. Həmin dövrlərdə

Azərbaycanın zəifliyini fürsət bilib bundan məharətlə istifadə edən qüvvələr

indi tamam fərqli bir #Azərbaycanla üzləşirlər. Azərbaycana qarşı daimdüşmənçilik, kin-küdurət bəsləyən, soyqırmı törətməyə çalışan, etnikmünaqişələr yaradan #Ermənistan indi özündən qat-qat güclü, dünyaya inteqrasiya etmiş, demokratiya yolunda irəliləyən, supergüclər tərəfindən tanınıb, hörmət edilən bir Azərbaycan görür! #Türkiyə prezidenti R.T.Ərdoğan #NATO sammitində iştirak etdikdən sonra #Azərbaycana gəldi. Ərdoğan #Qarabağ məsələsini də sammitdə müzakirə etdi. Yəni buralarda gözü olan bəzi dövlətlərə bölgənin sahibsiz olmadığı mesajını verdi. Ərdoğan işğaldan azad edilən tarixi Azərbaycan torpağı olan Şuşaya gedərək Prezident İlham Əliyevlə böyük əhəmiyyət kəsb edən bəyannamə imzaladı. Bu bəyannamədən sonra hər iki tərəfarasındankı əlaqələr daha da artacaq. Şuşada Türk konsulluğunun açılması düşmənlərə gözdağı olacaq. Adətən səfirlik paytaxtda konsulluq isə əhəmiyyətli şəhərlərdə açılır. Konsulluğun Şuşada açılması onun böyük mahiyyət kəsb etdiyini göstəricisidir. Şuşa Azərbaycanın qərb hissəsində

mərkəz rolunu oynayır. XIX-XX əsrlərdə #Şuşa Qafqazın musiqi mərkəzinə

çevrilmişdi. Hətta Şuşan “Kiçik Paris”, “#Azərbaycan musiqisinin beşiyi” və

#Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar. Buranın geri qaytarılması ilə

düşmənin beli sınmış oldu.


Digər bir mühüm məsələ isə Zəngəzur dəhlizi ilə bağlıdır. Ərdoğan dəhliz

haqqında danışarkən onun prestijli bir yol olacağını dedi. Bu da dəhlizin bir

neçə müddətdən sonra açılaçağından xəbər verir. Tarixi Azərbaycan ərazisi olan

#Zəngəzur mahalı Ermənistanın #Qafan, #Gorus, #Sisian, #Mehri rayonlarını(bu

ərazilər də Azərbaycanındır, lakin beynəlxalq arenada Ermənistana aiddir) və

Azərbaycanın #Zəngilan, #Qubadlı, #Laçın rayonlarını əhatə edir. 1920-ci ildə

#Zəngəzur Sovet Rusiyası tərəfində 2 hissəyə(qərb və şərq) bölünür və qərb

hissəsi ermənistana verilir. Ancaq bu gün bu problemlər aradan qalxacaq.

Prezident işğaldan azad edilmiş ərazilərə səfər edərkən subliminal mesajlar

verdi. Bu mesajlardan biri Şərqi Zəngəzurun qərblə birləşəcəyinə işarə

etməsidir. Elə #Şuşa #bəyannaməsində də bu məsələ əsas prioritetlərdən oldu.

Zəngəzur dəhlizinin açılmasının #Rusiyanın narahatlıqla qarşılayacağını zənn

etmirəm. #Ərdoğan çox güman #Rusiya prezidenti #Putinlə də görüşəcək. Və bu

görüşdə masaya yatırılanlardan biri də məhz bu dəhliz olacaq!


Bu dəhliz vasitəsilə Azərbaycan #Türkiyə ilə rahat quru yol vasitəsilə əlaqə

saxlaya biləcək. Eyni zamanda ermənistan tərəfi də ağıllı davranıb, şərtləri

qəbul edib, kompromisə getsə düçar olduğu bu çətin vəziyyətdən çıxa bilər.

Həmçinin Ərdoğan da ermənistan tərəfinə müraciət edərək buzların əridilməsinə

işarə elədi. Ərdoğan 3+3 planı(#Azərbaycan, #Türkiyə, #Gürcüstan, #İran, #Rusiya və #Ermənistan) barədə də danışdı. Bu plan ilə bölgə dövlətləri birlikdə hərəkət edərək əlaqələri artırıb, böyük faydalar qazana bilərlər. Ərdoğanın Şuşa səfəri əminəm ki, bəzi qonşu dövlətləri eyni zamanda xarici dövlətləri də rahatsız etdi.

İran da Ərdoğanın bu səfərindən narhat olub çox güman. Və çalışacaq ki,

sərhədləri qorusun və ara-sıra gözdağı verən işlərə əl atsın. Amma bunların çox

da böyük əhəmiyyəti olmayacaq. Dəhliz açıldıqdan sonra Azərbaycanın irandan

asılılığı(yol cəhətdən asılılıq, yəni Azərbaycan Naxçıvana, Türkiyəyə iran

vasitəsilə keçib gedə bilirdi)qalmayacaq.


Bölgə dövlətləri bu zamandan sonra Azərbaycanla münasibətləri korlamaq

niyyətinə düşsələr, itirən özləri olacaq. Bunu yaxşı bilirlər. Yenə də deyirəm,

artıq bu dövlətlərin qarşısında aciz dayanan Azərbaycan yoxdur, yumruğunu

masaya vuran, sözünün əri olan Azərbaycan vardır!


Bu bəyannamə təsadüfü xarakter daşımır. Bəyannamənin 15 İyun Azərbaycanın

qurtuluş günündə, eyni zamanda Qars müqaviləsinin 100 illiyinə az qalmış bir

zamanda imzalanması planlı şəkildə oldu.100 il bundan əvvəl Ermənistan tərəfi

Naxçıvana əsassız iddialar səsləndiridilər. Qars müqaviləsi ilə (1921 13

Oktyabr) bu iddialar puç oldu. Amma buna baxmayaraq dəfələrlə müqavilənin

qüvvədən düşməsinə səy göstərdilər. Bu işdə isə havadarlarının da az rolu

olmadı. Naxçıvana təkcə ermənistan deyil bir neçə dövlətlər göz dikmişdi. Hətta

ABŞ Qarabağı, Zəngəzuru Azərbaycan ərazisi kimi tanımaq qarşısında

Naxçıvanda ABŞ general-qubernatorluğunun açılmasını təklif etmişdi. Bu isə

göstərir ki, Naxçıvan mühüm strateji mövqeyə malikdir. Atatürkün Naxçıvanı

"türk qapısı", Kazım Paşa Qarabəkirin isə "şərq qapısı" adlandırması təsadüfi

deyildir.


Lakin bu gün bu bəyannamə ilə absurd xəyallara dalanların ümidləri bir daha

məhv oldu! Bəyannamədə təhlüksəsislik məsələsi də mühüm yer aldı.


Tərəflərdən biri xarici müdaxiləyə məruz qalarsa, yardımlar əsirgənilməyəcək.

Hər iki tərəf arasında daha əvvəl də belə bir anlaşma var idi, amma indiki aşkar

formada bir bəyannamə olub, düşmənlərə açıq bir mesaj verən formatına

malikdir.Səfərdə Xankəndi məsələsi də yan keçmədi. Liderlər öz aralarında

sübliminal mesajlardan istifadə edərək Xankəndinə də eyham vurdular.


Prezidentin o iki dağın arasında Xankəndi yerləşir deməsi və Ərdoğanın da

otelin orda olduğunu soruşmasına cavab olaraq Prezidentin orda da olacaq

söyləməsi Xankəndinin də aqibətinin leyhimizə olacağına dəlalət verir. Eyni

zamanda tərəflər “Siha"(silahlı insansız hava aparatları) istehsalı baradədə

razılaşdılar. Azərbaycan artıq “Siha" emalına başlayacaq ki, bu da onun hərbi strukturuna böyük təsir göstərəcək, silah arsenalında əhəmiyyətli yerə malik

olacaq. Xatırladım ki, 44 günlük vətən müharibəsində ermənistan tərəfi ən çox

bu aparatlardan qorxurdular.


Şuşa bəyannaməsini “Əsrin müqaviləsi 2” adlandırmaq olar. 1994-cü ildə

imzalanan Əsrin müqaviləsi geriləmə dövründə olan Azərbaycanı inkişafa

apardı. Bu günki Şuşa bəyannaməsi də Azərbaycanı daha da irəli aparacaq.

Artıq ayaqları üstündə duran, lazımı yerdə öz sözünü deyən güclü bir

Azərbaycan vardır!


Elman Vəliyev (Siyasi ekspert)

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page