Bəzən tay-tuşları onun haqqında söhbət edəndə, zarafatla belə bir dioloq yaratmışlar:
-Onun adı nədir?
-Zərrafdır.
-Sənəti nədir?
-Cərrahdır.
Doğrudan da Zərraf həkim hal-hazırda Bakıdakı 5 saylı klinik xəstəxanasında təcürbəli bir cərrah kimi fəaliyyət göstərir.
Şirinov Zərraf Təhməz oğlu, 1962-ci ildə Kəlbəcər rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1980-ci ildə İstibulaq kənd orta məktəbini bitirmişdir. 1981-ci ildə hərbi xidmətə çağırılmış və 1983-cü ildə Altay vilayətində hərbi xidmətini başa vurub Bakıya qayıtmışdır. Elə həmin il, 1983-cü ildə ATU-nun Müalicə-profilaktika fakültəsinə qəbul olmuşdur. O, hələ tələbəlik illərində tələbə yoldaşlarının çoxundan təhsildə və təcrübədə fərqləndiyi kimi, institutda da fərqlənərək, fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illəri boyu elmi işlə məşğul olduğu və elmdə daha yüksəklərə can atdığından 1989-1992-ci illər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ET Qastroenterologiya İnstitutunun qida borusu, mədə və on iki barmaq bağırsağın cərrahiyəsi şöbəsinin kliniki ordinatorunda təhsilini davam etdirmişdir.
Z.T.Şirinov 1991-ci ildən ET Qastroenterologiya İnstitutunun qida borusu, mədə və on iki barmaq bağırsağın cərrahiyə şöbəsində elmi işlərini davam etdirir. Bununla yanaşı o, 1997-ci il may ayının 14-də “Çatıq xora mənşəli piloroduodenal stenozlar zamanı mədə rezensiyasiyası və ya vaqotomiya” mövzusunda namizədlik dissertasiyası üzərində işləyərək uğurla başa çatdırmış və müdafiə edərək alimlik dərəcəsi almışdır.
Z.T.Şirinov işlədiyi müddətdə 300-dən çox cərrahiyə əməliyyatı aparmış və neçə-neçə insanıa şəfa bəxş edərək, gözü yolda qalan ailəsinə sağ-salamat qaytarmışdır. İndiyə kimi 30-dan çox elmi məqalə və bir metodik vəsait nəşr etdirmişdir. Həmin məqalə, elmi metodiki yazıları nəinki Azərbaycanda, hətda Gürcüstanda, Türkiyyədə, İtaliyada, İngiltərədə və Rusiya Federasiyasında da çap etdirmişdir.
Z.T.Şirinov elmi fəaliyyətini bu gün də davam etdirir. Onun yeganə arzusu tezliklə doğma Kəlbəcərin və beşiyi olduğu, abı-havası min dərdin dərmanı olan səfalı kəndlərinin azad edilməsidir.
Z.T.Şirinov valideyinləri, beş qardaşı, iki bacısı ilə birlikdə keçirdiyi firəvan günlər, bağ-bağatlı, bərəkətli əkin-biçinləri, mal-qoyun becərdikləri onun gözünün qabağından çəkilmir. İndi onlar doğma yurdalarından didərgin düşmüşdür.
Şirinov Zərraf evlidir. İki oğlu və bir qızı şagirddirlər, anaları da həkimdir. Atası, anası həkim olan uşaqların da arzusu həkim olmaqdır.
Comments