top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

"Şahlara məktub yazdım"-Hidayət ELVÜSAL


Dünyanın işini bilmək olmur, qarldaşım. Sabah nə olacağı məlum deyil. Sənə bir məktub da yazmaq ehtiyacı duydum. Bilirəm ki, çatacaq.


Yəqin yenə o dağlara bahar gəlib, Şahlar. Oralarda ilk çiçəukləyən zoğal ağaclarıdır. Bənövşələr kol dibində küskün-küskün, boynubükük gizləniblər. Birazdan maralçiçəkləri Kəlbəcərə tərəf boylanacaq. Qonaqsız-qarasız bulaqlar bir ayrılıq nəğməsini gecə-gündüz, dönə-dönə oxuyacaq. Tərtərin, Tutqunun səsi qayalara əks-səda verəcək. Düşmən hənirtisindən ürkən quşlar göylərdə qanad açacaq. Deyirlər daha qartallar göy üzündə görünmürlər. Neynəsinlər? Onların da qüruru sınıb. Məğrur, yenilməz görkəmləri ilə kimin gözləri önünlə öyünsünlər? Darıxırsan bilirəm. Yenə bahar gəlib o dağlara, biz gəlməmişik. Libasını dəyişən çəmənlərdə gəzib-dolaşanımız yoxdur. Buralarda fəsillər insanların geyüim-geçimində dəyişir, Şahlar. Buralar o dağlar kimi fəsillənmir, ayı-günü xəbər vermir. Göylərə baxırsanmı? O dağtlarda ulduzlar daha parlaq, daha gözəl, daha romantik bir biçimdədir. Buralarda beş-altı ulduzu güc-bəla tapıb baxırsan. Oralardakı ulduzlar yanır, qərq vurur, buralarda sönür onlar solur, sozalır. Məzarın üstündə güllər bitibmi? Bilirəm ki, var. Arzuların qədər təmiz, gözəl, ilahi güllər. Həm də dağ gülləri, dağ çiçəkləri. Ətirli, təmiz, boy-buxunlu, lap özün kimi. Buralardakı gül-çiçyin ətri olmur, görkəmi olur. Yalançı, süni görkəmi. Elə toylarımızda da bu güllər görünür. Süni, dərmanlı, yalançı güllər. Yadımdadır, o zaman qohumlardan biri oğlunu nişanldadı. Və dedi ki, inşallah, toyunu Kəlbəcərdə eləyəcəyik. İndi həmin oğlanın da oğlu var. Yəqin o da fikirləşir ki, oğlunun toyunu Kəlbəcərdə edəcək. Bizim toylarımız yadındamı? Təbii, şux, dəbdəbəli. Buralarda da arabir gedirəm toylara. Bu toylarda sanki protokol hazırlanır, iclasa bənzəyir. Səni həmişə xatırlayırıq. Səni də Sərdarı da unutmuruq. Siz bu ölkənin Milli Qəhrəmanlarısınız. Biz kimik? Oturub-duranda, söz alıb danışanda ağızdolusu «Qarabağ bizimdir!» - deyib alqış qazanırıq. Biz vuruşmuruq, danışırıq. Biz sizin kim qəhrəman ola bilmirik . Biz düşmən gülləsinin qəzəbini ürəyimizdə soyutmağı bacarmırıq. Sizə bənzəmirik, qardaşım! Çünki biz qəhrəman deyilik. «Torpağımızı qaytaraq!»dan çox, «Torpağımızı qaytarsınlar!» deyirik. Kim qaytarsın? ATƏT, BMT, kim axı? Amma dərslərini Aprel döyüşlərində vermişik, Şahlar. Sən də oradaydın. Görürsənmi, bəzən inamla, ümidlə danışırıq. Yaşlanmışam, qardaşım! Ömrüm çatacaqmı deyə düşünürəm. Amma təsəllim də var. Heç olmasa ruhumuz görüşəcək. Həm də oralarda, o uca, gözəl dağlarda. Tədbirlərdə, məclislərdə arabir qardaşlarını görürəm – Malik həkimi, Adil həkimi. Ləyaqətlə yaşayırlar – atanız Əvəz Şükürov kimi! Elə bacılar da. Dədə Şəmşir yadigarı Çimnaz bacını da xatırladım. O qanlı hadisədə o da həlak olmuşdu. Vətən namusu, qadın namusu sənin üçün ən ümdə hisslər idi. Mən o döyüşün şahidi olmamışam. Amma sənin məhz «qadınlarımız namusumuzdur» üsyanı ilə döyüşə atıldığını təsəvvür edirəm. Çünki səni tanıyıram. Dəfələrlə görüşüb söhbət etmişik. Yeyib-içib, ötənləri xatırlayıb, gələcəkdən danışmışıq. Həmişə qarşımda Əvəz kişiyə layiq bir oğul, bir igid, bir zabit görmüşəm. Hə, qardaşım, səni heç unutmuruq. Bax, yenə bir yerə yığışıb yad elədik. Bilirəm küskünsən, darıxırsan, o məğrur dağlarla, yalçın qayalarla, dəlisov qayalarla bölüş dərdini. Gəcəyik! Mütləq gələcəyik! Bəlkə mənim ruhum özümdən qabaq gəldi. Görüşərik, darıxma! Biz gələnə kimi dağlar sənə əmanət! 

Modern.az

Opmerkingen


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page