Xəbər verdiyimiz kimi ABŞ -ın Management Studies jurnalı sabiq millət vəkili, professor Şahlar Əsgərovun"The Study of the Market Economy Problem by the Method of Econophysics" adlı məqaləsini çap edib. Kalbajar.com AzEdu.az-a istinadən xəbər verir ki, professor bu barədə şəxsi feysbuk hesabında məlumat yayıb. O, məqalənin "Nəticələr" hissəsini oxuculara təqdim edib: "Müəyyən edilib ki, rəqabət aparan firmaların sayı artdıqca bazar strukturlarının növləri dəyişir. Mükəmməl monopoliyadan mükəmməl rəqabətə keçidin etapları belə təmsil edilir: təmiz monopoliya, duopoliya, oligopoliya, qeyri-mükəmməl rəqabət, mükəmməl rəqabət. Bazarın quruluşu dəyişdikcə, sistemin çıxış xarakteristikasının zamandan asılılığı da dəyişir. Bu asılılıq təmiz monopoliyada düz xətli, mükəmməl rəqabətədə isə qeyri-düz xətli olur. Göstərilib ki, tərəqqi üçün istehsal sürətinin zamandan asılılığı qeyri-düz xətli olması vacibdir. Başqa sözlə, xətti İ (t) asılılığı qeyri-xətti olmalıdır və ya qeyri-xətti şəkildə dəyişilməlidir. Bunun üçün (1) düsturunda olan mütənasiblik əmsalı b zamandan asılı olaraq artmalıdır. Bu tərəqqi üçün kafi şərtdir. Tərəqqiyə nail olmaq üçün eyni məhsul istehsal edən (xidmət göstərən) bir neçə (birdən çox) firmanın bir araya gəlməsi vacibir. Bu rəqabət aparan şirkətləri mürəkkəb sistem halına gətirir və qarşılıqlı təsir üçün rəqabət mühiti yaradır. İqtisadi tərəqqiyə güclü təsir edən faktor texnologiyadır. Texnologiyanı xaricdən alıb, daxildə sağlam rəqabət mühiti yaratmaqla tərəqqiyə nail olmaq mümkündür. Bu halda ciddi elmə ehtiyac yoxdur, ancaq universitet təhsilinə ehtiyac böyükdür. Texnologiyanın sürətli inkişafı üçün elmə ehtiyac böyükdür. Elm iqtisadiyyatın qeyri-xətti inkişafına çox güclü təsir edən faktordur. Tərəqqi üçün digər bir vacib şərt, sahibkarların monopoliyadan qorunmasıdır. Başqa sözlə sərt anti-monopoliya qanununa ehtiyac vardır. Araşdırma nəticəsində, "tərəqqi" termininə yeni tərif və ya yeni məna verilib. Göstərilib ki, tərəqqini itehsal sürətinin vahid zamanda artımı yaradır . Tərəqqi - məhsulun həcmi / zaman kvadratına nisbəti ilə ölçülür. (fizikada təcil kimi)" Qeyd edək ki, bu ekonofizika sahəsində Azərbaycandan çap olunan ilk məqalədir.
AzEdu.az
Comments