Azərbaycan Respublikası Milli Məclisinin
üzvüdür.
Əsgərov Şahlar Qaçay oğlu, 1941-ci il
iyun ayının 15-də Kəlbəcər rayonunun Xallanlı
kəndində anadan olmuşdur. O,1958-ci ildə
Kəlbəcər qəsəbə orta məktəbini qurtarıb, həmin il
Azərbaycan Döblət Universitetinin fizika
fakültəsinə daxil olub, 1963-cü ildə universiteti
müvəffəqiyyətlə bitirib, təyinatla üniversitetdə
saxlanılmışdır. Bir ildən sonra aspiranturaya
daxil olmuş və akademik L.A.Senanın rəhbərliyi
altında elmi iş aparmaq üçün Lelinqrad Sabit Cərəyan İnstitutuna ezam
olunmuşdur. Aspiranturanı qurtardıqdan sonra o, universitetdə müəllim, baş
müəllim, dossent vəzifələrində işləmişdir. 1994-1995-ci illərdə Bakı Dövlət
Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru olmuşdur. Hal-hazırda
həmin universitetin professorudur.
Ş.Q.Əsgərov 1970-ci ildə “Alçaq enerjili civə ionları ilə metalların
tozlanmasının tədqiqi” mövzusunda dissertasiya müdafiə etmiş və elmlər
namizədi adını almışdır. Bu mövzu idarə olunan termo-nüvə reaksiyasının
“plazma-divar” probleminin bir hissəsidir. Əsgərovun bu sahədə aldığı
nəticələr “Scilnce Citation index” jurnalına görə elmi ictimaiyyətə yaxşı
məlumdur və daim istinad olunur. Onun təkçə bir işinə (FTT, 1969) dünya
ədəbiyyatında istinadların sayı 20-ni ötmüşdür. Bu işdə alınmış nəticələr
Yapon alimləri tərəfindən yazılmış 81 səhifəlik bir xülasə məqalənin
“Atomic date and Nucrear date tables 31, p 1-80,1980” səhifəsində istifadə
olunmuşdur.
1974-cü ildə Danimarkanın Texniki Universitetinin “Yarımkeçirici
priborlar” laboratoriyasında bir illik elmi staj keçmişdir və qeyribircinsliliyin
metal yarımkeçirici kontaktının xassələrinə təsirini
öyrənmişdir. O, “Qeyri-bircins metal-yarımkeçirici kontaktının fizikası”
elmi istiqamətinin yaradıcılarından biridir. Bu istiqamətdə onun aldığı elmi
nəticələr keçmiş SSRİ–nin bütün məşhur jurnallarında çap olunmuşdur.
(Radiofizika, 1986 N8; Radiotexnika və Elektronika, 1986 N11,
Radiotexnika, 1989 N1; Mikroelektonika, 1987 N4, 1995 N5 və s.).
Əsgərov metal yarımkeçirici kontaktının qeyri-bircins modellərini
hazırlamış, təcrübi nəticələrlə modelin doğruluğunu sübut etmişdir. Metal15
yarımkeçirici, metal-vakum kontaktının əsas parametrləri (baryerin
hündürlüyü və Ricardson Sabiti) arasında korrelosion aslılıq olduğunu
göstərmişdir.
1979-cu ildə Helsinki Universitetində üç aylıq elmi ezamiyyətdə
olarkən, professor M.Lukkala ilə “Fotoakustik mikroskopla mikrostruktur
deffektlərinin qeyd edilməsi” probleminin üzərində işləmiş və aldığı
nəticələri qısa müddətdə “Elektron lett” jurnalında çap etmişdir.
Əsgərov 150-dən çox elmi məqalənin müəllifidir. Onun
nümizmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtiraları
vardır. 40-dan çox Beynəlxalq və Ümumittifaq elmi konfanslarda
məruzələrlə çıxış etmişdir. Dünyanın məşhur alimlərindən L.Sena,
V.Yurasova, V.Strixa, M.Lukkala, P.Preyn, L.Şelyakin, A.Şkavro və
digərləri ilə əməkdaşlıq edərək birgə məqalələr çap etdirmişdir.
1992- ci ildə “Toxunma sərhədlərinin qeyri-bircinslik dərəcəsinin
metal-vakum, metal-yarımkeçirici strukturlarına təsiri” mövzusunda
dissertasiya medafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını almışdır.
1990-cı ildə BDU–da “Amorf təbəqələr” Elmi tədqiqat laboratoriyası
yaratmış və hal-hazırda həmin laboratoriyanın elmi rəhbəridir.
Ş.Q.Ələsgərov pedaqoji elmi kadrların hazır lanmasında fəal içtirak
etmişdir. Onun rəhbərliyi altında, fiziki elektronikanın müxtəlif sahələrində
10 nəfər namizədlik dissertsiyasını müdafiə etmiş, yüzlərlə gənc diplom işi
yazmışdır.1970-ci illərdən bəri o, Universitetdə “Emissiya elektronikası”,
“Mikroelektronika”, “Radioelektronika”, “Radiofizika” fənlərindən
mühazirələr oxuyur.
Ş.Q.Ələsgərov son illərdə Azərbaycanda gedən siyasi-ictimai
proseslərə biganə qalmayaraq, dövi mətbuatda 90-dan çox elmi publisistik
məqalələrlə çıxış etmişdir. Siyasi mübarizəyə qoşularaq, YAP-ın
yaradılmasında yaxından iştirak etmişdir. YAP Siyasi Şurasının üzvüdür.
Keçid dövrü yaşayan ölkəmizdə ictimai-siyasi mühiti aydımlaşdırmağa
kömək niyyəti ilə Azərbaycan prezidenti H.Əliyev cənablarının söylədiyi
müdrik kəlamları, fəlsəfi fikirləri toplayaraq prof. S.Xəlilovla birlikdə,
1997-ci ildə üç kitab şəklində (“Müstəqillik yolu”, Aforizmlər və
Quotationic, Aforizm –Aforizmlər”) çap etdirmişlər. “Keçid dövrünə fəlsəfi
baxış”, Bakı 1998, və “Birliyin mayası haqq-ədalətdir” Bakı,1998, kitabları.
Ələsgərov 1995-ci ildən YAP-dan Azərbaycan Respublikası Milli Məclisə
deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daim
komissiyasının üzvüdür. Elmi işçilər və xüsusi əhəmiyyət kəsb edən
“Patent” Qanunun hazırlayan işçi qrupa rəhbərlik etmiş və bunun Milli
Məclisdə qəbuluna nail olmuşdur. Ələsgərəv Ali Atesstasiya
16
Komissiyasının Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert
Komissiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
O, eyni zamanda istedadlı publisistdir. Onun indiyə qədər çap
olunmuş publisistiq məqalələrinin siyahısını oxuculara çatdırmağı məqsədə
uyğun sayırıq. Həmin məqalələr ayrı-ayrılıqda yəni 1990-1991-ci illərdə 4,
1992-ci ildə 3, 1993-cü ildə 7, 1994-cü ildə 9, 1995-ci ildə 12, 1996-cı ildə
14, 1997-ci ildə 18, 1998-ci ildə isə 11 dəfə (cəmi 78) respublikanın
müxtəlif qəzet və jurnallarında çap olunmuşdur.
Yüksək elmi fəaliyyətinə görə 2001-ci ildə prezident fərmanı ilə
Şahlar Əsgərova “Şöhrət” ordeni və “Əməkdar elm xadimi” kimi fəxri ad
verilmişdir.
Atası Əsgərov Qacay Nurullah oğlu ali partiya təhsili almış, uzun
illər Kəlbəcər rayonunda partiya və dövlət idarələrində rəhbər vəzifələrdə
çalışmışdır. İkinci Dünya Müharibəsində iştirak etmiş və müharibə əlili
olmuşdur. 1971-ci ildə Kəlbəcərdə vəfat etmişdir.
Anası, Əsgərova Marağa Əmrah qızı evdar qadındır, pensiyaçıdır.
Şahlar müəllimin qardaşı Yaqub Əsgərəv Respublika Ali
Məhkəməsinin üzvüdür. Onun digər bacıları və qardaşı qaçqın statusu ilə
Bakıda və Gəncədə yaşayırlar.
Əsgərov evlidir. Həyat yoldaşı, Əsgərova Aləmaz Zülfüqar qızı Bakı
şəhəri 67 saylı orta məktəbdə müəllimə işləyir.
Oğlanları –Əsgərov Anar Şahlar oğlu Bakı Politologiya və Sosial
idarəetmə İnstitunun magistraturasında, Əsgərov Vüqar Şahlar oğlu isə,
Qərb Universitetinin magistraturasının birinci kursunda oxuyur.
Comments