top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

HƏSƏNOV ŞAHİN HÜMMƏT OĞLU

Updated: Feb 10, 2019


Şahin Hümmət oğlu Həsənov 30 sentyabr 1962-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Laçın kəndində anadan olmuşdur.1969-cu ildə Laçın kənd ibtidai məktəbinin birinci sinfinə qəbul  edilmişdir.1979-cu ildə Zülfüqarlı kənd orta  məktəbinin onuncu sinfini bitirmişdir.Həmin ildə  Azərbaycan İnşaat Mühəndisləri  İnstitutunun “ Avtomobil yolları üzrə mühəndis- inşaatçı” fakültəsinə qəbul olmuşdur və müvəffəqiyyətlə bitirmişdir.


        1984-1985 –ci illərdə  Azərbaycan  Respublikası  Meşə Təsərrüfatı  Nazirliyi  sistemində məsul vəzifədə işləmişdir.


    1985-1993-cü illərdə Avtomobil  Yollarının Tikintisi və  İstismarı Nazirliyində texniki idarənin  eksperti,  Yol  hərəkətinin  təşkili və təhlükəsizlik  texnikası şöbəsinin böyük  mühəndisi, Nəzarət- Təftiş  İdarəsində  mühasib- təftişçisi, aparıcı mütəxəsis, rəis müavini, rəis vəzifələrində işləmişdir.


     1993-2003-cü illərdə ” Azəravtoyol” Dövlət Şirkətinin birinci vitse-prezidenti  vəzifəsində çalışmışdır.


     Avtomobil Yollarının  Tikintisi  və İstismarı Nazirliyində  və “ Azəravtoyol” Dövlət Şirkətində işlədiyi  illərdə  Texniki  Şuranın  , Tender Komissiyasının, Avtomobil yollarının və körpülərin mühafizəsi  və istismarı zamanı fövqəladə hallar üzrə komissiyanın  sədri, uzun müddət (12 il ərzində) Kollegiya üzvü,Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvü kimi,Baş nazirin yanında yol hərəkətinin təhlükəsizliyi üzrə komissiyasının üzvü olmuşdur.

    1994-1996-cı illərdə Azərbaycan İnşaat Mühəndisləri İnistitutunda Dövlət İmtahan Komissiyasının  sədri olmuşdur.

     1996-cı ildə “Avtomobil yollarında çatların inkisafının kostruktiv dayandırılması mexanikası məsələləri” mövzusunda namizədlik disertasiyasını müdafiə etmişdir.Rusiya,Finlandiya,Almaniya və Yaponiyada Ali inşaat tədris kursları keçirmişdir.


9 səmərələşdirici təklifin, 111 elmi əsərin (bunlardan 92-si elmi məqalə, 19-si kitab, dərslik, fənn proqramı və dərs vəsaitləridir) və bir neçə fənn proqramının müəllifidir. 55 elmi məqaləsi bir sıra xarici ölkələrin (52 yerli nəşr) Ali Attestasiya Komissiyalarında qeydiyyatdan keçmiş nüfuzlu jurnallarında (İnfofacts) dərc edilmişdir ( Qeyd: 04 yanvar 2019-cu ilə olan məlumat ).

TACİS və TRASECA proqramlarının Azərbaycanda ilk koordinatoru olmuşdur.

    2010-cu ildə “Yol örtüyünün gərgin deformasiya vəziyyətinin və dağılmasının modernləşməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.


Ali Attestasiya komissiyasının Rəyasət Heyətinin 04.02.2011-ci il tarixli qərarı ilə təsdiqi alınmışdır.Texniki elmlər doktorudur.

     10 avqust 2010-cu ildə Beynəlxalq Nəqliyyat Akademiyasının həqiq üzvü seçilmişdir.      16.06.2011-ci il tarixində Azərbaycan Respublikasının Fəxri Yol İşçisi adına layiq görülmüşdür.      28 noyabr 2012-ci ildə avtomobil yollarının tikintisi və istismarı sahəsində çoxillik səmərəli fəaliyyətinə görə Müstəqil Dövlətlər Birliyinin Hökumətlərarası yol işçiləri Şurasının fəxri Şəadətnaməsi ilə təltif edilmişdir.


 “Xudafərin” Ali Yol Mükafatı ilə təltif olunub.

Azərbaycanın Fəxri Yol inşaatçısıdır.

“AzVirt” Almaniya Azərbaycan şirkətində Beynəlxalq layihələr üzrə ekspert və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqqları İnstitunun Azərbaycan üzrə koordinatorudur.

  Hal-hazırda Azərbaycan Texniki Universitetində “Avtomobil daşımaları və yol hərəkətinin təhlükəsizliyi” kafedrasında professor vəzifəsində işləyir.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page