top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Ömrü fırlanırıq kürə boyunca... - ŞEİRLƏR


Kalbajar.com Elməddin Nicatın şeirlərini təqdim edir:


MƏNİM ÜRƏYİM DƏ QƏLBİ YUXADI

Ovcumun içində bir telin qalıb, Əlim sevincindən göylə oynayır. Eşqini şərabtək çəkib başına, Bu sevda sərxoşu meylə oynayır.

Gözündən yoluma nur,işıq düşüb Gecəmlə gündüzüm qarışıq düşüb Əllərim saçında dolaşıq düşüb Daraqla dərdləşir, tellə oynayır...

Ağrılar sevinclə əlbəyaxadı, Gözlərim üzümü qanla yaxadı Mənim ürəyim də qəlbiyuxadı Doldumu, kamanla, neylə oynayır.

*** Qışın ortasında adam İsinir isti ürəyə. Ah çəkmək oyur köksü Doldurur tüstü ürəyə.

İşığı yanmış odamın, Dadını billəm edamın. Mən boyda zalım adamın Nə imiş qəsti ürəyə.

Hər könülə gərək sevmək, Qar üstündə çiçək sevmək. Uzaqlarda ürək sevmək Qəribə hissdi ürəyə.

*** Sevdiyim yurdun adını Yazmışam gülün üstünə. Yaşılbaş sonalar gəlməz Göz yaşlı gölün üstünə.

Sancır ayrılıq tikanı, Əl vermir vaxtın sükanı. Gün keçir, ömür tükənir İl gəlir, ilin üstünə.

Yaddan çıxdıq, unudulduq, Hərə bir cür ovudulduq. Qaçqın olduq, köçkün olduq, Ad qoyduq elin üstünə.

*** səni bu şəhərdə tək qoymaq olmaz, səsin ürəyinin başına düşər için-için ağladıqca... sıxar arzularının üstə gözlərini darıxmağın, ümidlər içində islanıb yanar. var-gəl eliyər otaq boyu ürəyinin sızıltısı... gözlərin karvalol gəzər, qulağın indi döyüləcək qapı tıqqıltısı. səni bu şəhərdə tək qoymaq olmaz başına iş açar ölə-ölə darıxmağın, darıxa-darıxa ölməyin... gizlin gizlin içinə ağlamasan göz yaşın əridər bu şəhərin monolit divarlarını... yuyar küçələrdəki darıxdığın adamın ayaq izlərini tək çıxma şəhərə dərdini gözündən oxuya bilər tutar bu şəhərin ürək tutması... …bunu hər kəs bilər kim görsə gözlərini...

ARAMIZDAN EKVATOR KEÇİB...

Məndən bir az aralı duran qadın Yaxınıq bir ürəyin içi kimi... Elə tanıdığımız gündən eyni yaşdayıq. Biz yaxşı bilirik önəmi yoxdur Bir kağız parçasında təvəllüdlərin... Ayrı salınıbdı qütüblərimiz Üzüstə döşənən meredianları Hissə hissə kəsən tənbölənlərik. Kimsə aramızdan keçirib ekvatoru, Ayrılıq qoymuşuq adını... Ömrü fırlanırıq kürə boyunca...

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page