23:30 | 18.09.2018
Nuridə Misir
Arzu Əgər icazə versən Qucağına gələrəm. Soyuyub buza donmüş Ocağına gələrəm. Ürəyimi əlimdə Ərmağan gətirərəm. Eşqinə qurban kəsib, Bir cahan gətirərəm. Yuyaram gözlərimi Əllərimin qanında. Taparam ümidimi Itən xəyallarında. Üşüyən sinən üstə Saçlarımı sərərəm. Silərəm göz yaşımı Dərdi dərdlə bölərəm. Udaram nəfəsini Eşqə tamarzı kimi. Içərində yaşaram Bir şirin arzu kimi. Köçünə köç qataram Gedəcək yerim olsan . Ölümü öldürərəm Vətən, Vətənim olsan. 12 sentyabr, 2018
Comments