top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Ölkənin tanınmış ziyalıları PREZİDENTƏ MÜRACİƏT etdi


Azərbaycanın bir qrup ziyalısı Eldar Həsənov ilə bağlı ölkə başçısına müraciət imzalayıb. Müraciətdə deyilir : Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri Cənab İlham Əliyevə


Xalq şairi Vahid Əziz,xalq artisti Rasim Balayev, xalq yazıçısı Çingiz Abdullayev,xalq şairi Ramiz Rövşən və əməkdar jurnalist Əlövsət Ağalarov tərəfindən Ünvan :Bakı şəhəri , Binəqədi rayonu,6-cı MKR, keçid1410,ev 4, mənzil 50

Möhtərəm cənab Prezident ! Müzəffər Ali Baş komandan! Siz, həm hərb, həm də siyasət meydanında bizi uzun illər həsrətində olduğumuz Böyük Qələbəyə qovuşdurdunuz. Tarixdə xalqını öz ətrafında bir yumruq kimi birləşdirməyi bacaran ,ordusuna bu cür fatehlik edən komandanlar çox az olmuşdur.Siz Azərbaycan üçün yeni tarix,yeni səhifə açdınız.İllər keçəcək,lakin qazandığınız bu zəfər qızıl hərflərlə Azərbaycan tarixində Sizin adınızla qalacaq. Möhtərəm cənab Prezident ! Bu Böyük Qələbənin sevincini yaşamaqla yanaşı,Qarabağımızın ,o cümlədən doğma Kəlbəcərin mənfur düşmən tapdağından azad olunması ilə nəticələnən Böyük Qələbəmizin sevincini ailəsinin,əzizlərinin əhatəsində yaşamağı haqqı olan,hər zaman qəlbi Qarabağımızla döyünən Eldar Həsənovun həpsdə qalması bizdə dərin təəssüf hissi yaradır. Ulu Öndər Heydər Əliyevə və Sizə hər zaman sədaqətlə xidmət edən, xidmətləri Ulu Öndər və Sizin tərəfinizdən dəfələrlə qiymətləndirilən,çalışdığı dörd Avropa ölkəsinin ikisində-Rumınıya və Serbiyada xalqımızın Ümummilli lideri Heydər Əliyevi əbədiləşdirən Eldar Həsənov həsrətlə gözlədiyi qələbə xəbərini çox təəssüf ki, DTX-nin təcridxanasında həpsdə qarşıladı. Bizə çatan məlumatlara və tanış olduğumuz rəsmi tibbi sənədlərə əsasən ,Eldar Həsənov çox ciddi xəstəliklərdən əziyyət çəkir,təxirəsalınmadan ixtisaslaşmış xəstəxanada cərrahi müdaxiləyə və müalicəyə ehtiyacı vardır. Məlum olduğu kimi, hazırda ölkəmiz də daxil olmaqla, bütün dünya COVİD-19 virusunun həyacanını yaşayır. Ümumdünya Səhiyyə Təşkilatının meyarlarına əsasən , Eldar Həsənov yaş həddinə ( 66 yaş) və səhhətindəki ciddi problemlərə görə xüsusi risk qrupuna daxildir. Onun xəstə vəziyyətdə həpsdə qaması və həpsinin təsirindən məruz qaldığı mənəvi-psixoloji sarsıntı xəstəliklərini daha da kəskinləşdirə,orqanizmini daha da zəiflədə və sağlamlığına geri dönüşü olmayan çox ciddi zərər vura bilər. Hesab edirik ki, Eldar Həsənovun mövcud durumu onun barəsində olan həps qəimkan tədbirinin dəyişdirilməsinə əsas verir. Digər tərəfdən , sevindirici və ümidverici hal kimi qeyd edirik ki, Eldar Həsənovun həps olunduğu cinayət işinin çərçivəsində həpsə salınmış XİN-nin bütün əməkdaşları artıq həpsdən azad olunmuşlar. Hörmətli cənab Prezident . Ölkə rəhbəri olduğunuz 17 il ərzində hər zaman ictimaiyyətin , o cümlədən bizim müraciətlərimizə diqqətlə yanaşmısınız. Növbəti dəfə də müraciətimizlə bağlı ədalətli və humanist qərar qəbul edəcəyinizə inanaraq, Eldar Həsənovun barəsində seçilmiş həps qətimkan tədbirinin şəxsi zaminliklə əvəz olunmasına və onun bizim zaminliyimizə verilməsinə yardım etməyinizi Sizdən xahiş edirik. Hörmətlə, Xalq şairi Vahid Əziz Xalq artisti Rasim Balayev Xalq yazıçısı Çingiz Abdullayev Xalq şairi Ramiz Rövşən Əməkdar jurnalist Əlövsət Ağalarov Tarix :19.01.2021



Commentaires


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page