Quliyev Çərkəz Məhəmməd oğlu 1920-ci ildə Kəlbəcər rayonunun Xöləzək kəndində anadan olub. İkinci Dünya müharibəsinin veteranı, birinci qrup əlil idi. 1993-cü ildə ermənilər Kəlbəcəri işğal edəndə doğma kəndindən çıxmayan Çərkəz kişini ermənilər girov götürürlər. Həmişə belinə hərbi kəmər qurşayan ağsaqqalın kəməri yenə də belində imiş. Erməni qulduru onun kəmərindən yapışıb deyir ki, aç bu kəməri ver mənə, sənə daha kəmər yaraşmır. Çərkəz Quliyev acı-acı gülümsəyir: -Bu kəməri kişilər bağlayır, gavur, sənin kimi tülkü dığalar yox,-deyib erməninin sifətinə tüpürür… Saysız-hesabsız qoşma, gəraylı müəllifinin təəssüf ki, bu gün əlimizdə cəmi iki şeri qalıb.
Comments