Ötən gün World Global Shaolin and Martial Arts Federation təşkilatının keçirdiyi Açıq Avropa çempionatında Azerbaycanı təmsil edən Şaolin Döyüş Sənəti Federasiyasının 13 nəfər idmançısı vətənə dönüblər.
Onları Heydər Əliyev adına Beynəlxalq hava limanında Şaolin Döyüş Sənəti Federasiyasının vitse-prezidenti Tofiq Abışlı, federasiyanın məşqçiləri Həsən Əliyev, Rauf Əliyev və Asif Sayadov qarşılayıblar.
Qeyd edək ki, 34 ölkədən gələn 400 idmançının iştirak etdiyi çempionatda idmançılarımız 4 qızıl 6 gümüş medal qazanıb. Komandamıza ilk qızıl medalı kapitan Malik Əliyev qazandırıb. İdmançılar onlara yaradılan şəraitə görə Federasiyanın Prezidenti Rafiq Əliyevə təşəkkür edib.
Xatırladaq ki, yarışlar Ukraniyanın Lusk şəhərində keçirilib. Federasiyanın baş məşqçisi Ruhi Hüseynov, məşqçilər Azər Abbasov və Arzuman Rəsulzadədir. Federasiyanın Prezidenti Rafiq Əliyevdir.
Eurasiadiary.com
Comentarios