top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib


Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ötən ilin payızında qazandığı parlaq Zəfər xalqımızın qürur mənbəyi, müstəqil dövlətçiliyimizin tarixi nailiyyətidir.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi şanlı Qələbəyə həsr olunmuş “Zəfər arzuları” adlı sosial aksiya təşkil edib.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq ötən ilin payızında Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əks-həmlə döyüş əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub və məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaranıb. Sosial aksiyanın keçirilməsində məqsəd möhtəşəm Zəfərin qazanılmasında mühüm amillərdən olan birliyimizi və həmrəyliyimizi bir daha nümayiş etdirmək, xalqımıza qürur və qələbə sevinci yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna, müharibə veteranlarına minnətdarlığımızı çatdırmaq, şəhidlərimizin ruhuna ehtiramımızı bildirməkdir.

Tədbirin digər iştirakçıları da Zəfər haqqında fikir və duyğularını ifadə ediblər.

Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar və vətəndaşlar iştirak ediblər. Onlar yumruq formasında hazırlanmış stendin üzərinə yapışdırılan kiçik ölçülü standart kağız parçalarına Zəfər arzularını yazıblar. Sonda stendin üzərində Azərbaycan bayrağı fonunda “Dəmir yumruq” təsviri yaranıb.


Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page