top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

ZEYNALOV MƏHİYƏDDİN QARAŞ OĞLU


Zeynalov Məhiyəddin Qaraş oğlu, 1935-ci ildə Kəlbəcər rayonunun Çobangərəkməz kəndində anadan olmuşdur. Atası Zeynalov Qaraş o dövrün hörmətli ağsaqqalarından idi. O, böyük vətən müharibəsinə getmiş və qayıtmamışdır. Məhiyəddin Zeynalovun uşaqlıq illəri 1941-45-ci illər müharibəsinin ağır və dəhşətli dövrünə düşmüşdür. O, 1942-ci ildə qonşu Əsrik kəndindəki ibtidai məktəbə daxil olmuş, sonra Ağcakənd 7 illik məktəbində oxumuş, nəhayət, təhsilini Kəlbəcər orta məktəbində başa vurmuşdur. Həmin məktəb respublikada qabaqcıl məktəblərdən idi. Ona görə ki, orta məktəbə əməkdar müəllim Cəfər Əhmədov rəhbərlik edirdi. Eyni zamanda burada tələbkar və ciddi riyaziyyat müəllimi Bəhmən Cəfərov işləmişdir. M.Q.Zeynalov deyir:-Bizim çox savadlı müəllimlərimiz olub. Ona görə də, bizim buraxılış məzunlarımızın çoxu həmin il ali məktəblərə daxil olmuşdur. V.İ.Lenin adına APİ-nin coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş Verdiyev İdris müəllimin dərslə əlaqəli çox maraqlı söhbətləri indi də xatirimdə canlanır.


M.Q.Zeynalov 1953-cü il Kəlbəcər orta məktəbini bitirib, Bakıya gəlir. Sənədlərini Lenin adına APİ-nin fizika-riyaziyyat fakültəsinə verib, imtahanların hamısından yüksək qiymət alaraq instituta qəbul olmuşdur. O deyir ki, o vaxtlar əgər anam və qardaşım kənddə işləyib, çox az əmək haqqı almalarına baxmayaraq, hər ay mənə 20 manat göndərməsəydilər yəqinki, mən şəhərdə oxuya bilməzdim.


1957-ci ildə M.Q.Zeynalov institutu müvəffəqiyyətlə qurtarıb, riyaziyyat müəllimi ixtisası aldı. Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyinin tələbnaməsi əsasında Azərbaycan Maarif Nazirliyi onun təyinatını Azərbaycan Kommunal İnşaat Texnikumuna verdi. İlk illər Zeynalov həm də Bakı şəhəri Oktyabr rayonu 57 saylı fəhlə-kəndli məktəbində işləyirdi.

1960-cı ildə Azərbaycan ali və orta ixtisas təhsili komitəsi yaradıldı və sonradan bu komitə nazirliyə çevrildi. Azərbaycan Kommunal İnşaat Texnikumu Hidromeliorasiya Texnikumu ilə birləşdirildi və onların bazasında Bakı Politexnik Texnikumu yaradıldı. Elə o vaxt Məhiyəddin müəllimi Bakı Sovet Ticarəti Texnikumuna dəvət etdilər.


M.Q.Zeynalov texnikumda işləyə-işləyə 1961-ci ildə M.Əzizbəyov adına Neft-Kimya İnstituna daxil olmuşdur. Ali təhsilli olduğuna görə onu birbaşa ikinci kursa qəbul etdilər. 1963-cü ildə həmin institutu neft sənayesinin iqtisadiyyatı ixtisası üzrə bitirmişdir. O illərdə Məhiyəddin müəllim riyaziyyatın iqtisadiyyata tətbiqi məsələləri ilə maraqlanırdı. Lakin, texnikumlarda riyaziyyatın tədrisi metodikası sahəsində elmi-tətqiqat işi aparmaq məsələsi onu bu fikirdən uzqlaşdırdı. Yeni sahə getdikcə onu daha çox cəlb edirdi. Bu barədə o öz fikirlərini görkəmli alimlərə, əməkdar elm xadimi, fizika-riyaziyyat e.d.prof.M.Ə.Cavadova, akademik Ə.İ.Hüseynova və prof. B.B.Ağayevə bidirir. Onlar onun bu fikirini yekdilliklə bəyəndilər. Alimlər bu günə qədər Respublikada riyaziyyatın texnikumlarda tətbiqinə dair heç bir elmi-tətqiqat işi aparılmadığını, sanki bu sahənin unudulduğunu dedilər və bu sahədə ona elmi-pedaqoji axtarışlara girişməyi tapşırdılar, ona kömək edəcəklərini bildirdilər.


1963-cü ildə M.Q.Zeynalov həmin göstəriş üzrə elmi pedaqoji axtarışlara başlayır. Bu prosesdə ilk növbədə riyaziyyatın iqtisadiyyata tətbiqi məsələsi daha çox nəzəri cəlb edirdi. Texnikumlarda da ana dilində riyaziyyata aid dərslik yox idi. O, bu boşluğu doldurmaq üçün ilk öncə texnikumlardan ötrü Azərbaycan dilində riyaziyyatdan dərs vəsaiti yazmağı qarşısına məqsəd qoyur. Gərgin zəhmət, yuxusuz gecələr və elmə olan hədsiz həvəs sayəsində o, 1965-ci ildə “Differensial hesabının elementləri” adlı iri həcmli dərs vəsaiti hazırlamışdır. Həmin vəsaitin çap olunması üçün BDU-nun dosenti Arif Babayev yüksək rəy verdi. Kitaba universitetin dosenti Sabir Nəsibov redaktor oldu. Ali və Orta İxtisas Təhsili Nazirliyinin xətti ilə 1966-cı ildə həmin dərs vəsaiti 23 çap vərəqi həcmində çap olundu. Elə həmin il V.İ.Lenin adına APİ-nin “Elementar riyaziyyatın tədrisi metodikası” kafedrasında Məhiyəddin müəllim dissertanturaya qəbul olur. AEA-nın akademiki, fizika-riyaziyyat e.d.prof. Ə.İ.Hüseynov və kafedranın dosenti A.Y.Kremyer ona elmi rəhbər təyin olunur. Dissertasiyanın mövzusu “Orta ixtisas məktəblərində differensial hesabı elementlərinin tədrisi metodukasına dair” adı altında Elmi Şurada təsdiq olunur. Bundan sonra Məhiyəddin müəllim ciddi axtarışlara başlayır. Əvvəlcə o, belə bir axtarış-tətqiqat aparmağa qərar erir-maraqlanır ki, görəsən, SSRİ-nin başqa orta ixtisas məktəblərində Ali riyaziyyatın tədrisi metodikasına dair elmi tətqiqat işləri aparlılıb yoxsa yox? Göndərdiyi məktubların hamısına mənfi cavab alır.


M.Q.Zeynalov dissertasiya mövzusu üzərində işləyə-işləyə bir sıra elmi məqalələr yazıb çap etdirdi. Həmin məqalələrin yazılmasına Akademik Əşrəf müəllim şəxsən nəzarət edirdi.

1970-ci il iyun ayının 29-da Elmi Şuranın iclasında Məhiyəddin müəllim “Orta ixtisas məktəblərində differensial hesabı elementlərinin tədrisi metodukasına dair” mövzuda dissertasiya müdafiə etdi. Müdafiə çox yüksək səviyyədə keçirilmişdir. Demək olar ki, Şura üzvlərinin 17 nəfər üzvünün hamısı müdafiənin lehinə səs vermişdir.


1970-ci il senytabrın 23-də Ali Attestasiya Komissiyası institutun 29.06.1970-ci il tarixli qərarını təsdiq etmiş və Zeynalov Məhiyəddin Qaraş oğluna pedaqoji elmlər namizədi alimlik dərəcəsi verilmişdir.


1971-78-ci tədris illərində V.İ.Lenin adına APİ-nin ümümi riyaziyyat kafedrasında saat hesabı ilə müəllim işləmişdir. Həmin illərdə kafedraya gözəl insan, tanınmış alim prof. Şamil Vəkilov rəhbərlik edirdi. Eləcə də o vaxtlar Məhiyəddin müəllim fizika fakültəsində “Riyazi-analiz” və “Riyazi-fizika” fənlərindən mühazirələr oxumuşdur.


M.Q.Zeynalovun nəşr etdirdiklərindən başqa, nəşrə hazır olan aşağıdakı elmi və metodiki məqalələri vardır.


1. Müstəvi üzərində analitik həndəsənin əsasları;

2. İnteqral hesabının əsasları;

3. Riyazı analiz məsələləri və onların həlli metodikası;

4. Müəyyən inteqral və onun tətbiqi məsələləri;

5. Xətti proqramlaşdırma məsələsi və onun tətbiqləri.


Məhiyəddin müəllim 1957-ci ildə ailə qurmuşdur. Üç övladı var. Oğlu Kamal və qızı Mətanət BDU-nun tətbiqi riyaziyyat fakültəsinin, qızı Səadət isə Azərbaycan Tibb İnstitunu bitirmişdir.

M.Q.Zeynalov ömrünün kamillik dövründə 2001-ci ilin baharında qəflətən vəfat etmişdir. Allah rəhmət eləsin!

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page