Zamanov Nağdəli Tapdıq oğlu, 1961-ci ildə Kəlbəcər rayonunun Keştək kəndində Tapdıq müəllimin ailəsində anadan olmuşdur. 1977-ci ildə Kəlbəcər 1 saylı orta məktəbini əla qiymətlərlə qurtarmışdır. 1979-cu ildə N.Nərimanov adına ATU-nə daxil olmuşdur. 1985-ci ildə universiteti müvəfəqiyyətlə başa vurmuşdur. Təyinatla Neftçala rayonuna getmiş və 1990-cı ilə kimi həmin rayonda terapevt-kordioloq kimi fəaliyyət göstərmişdir.
N.T.Zamanov 1990-cı ildə ATU-nun “Daxili xəstəliklər” ixtisası üzrə əyani aspirantura şöbəsinə daxil olmuş və 1994-cü ildə “Gənc yaşlarında ürəyin işemik xəstəliyinin ilkin aşkarlanması və mümkün profilaktik yolları” mövzusunda tibb elmləri namizədlik alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
Zamanov Nağdəli 1993-cü ildən N.Nərimanov adına ATU-da daxili xəstəliklər və reanimatologiya kafedrasının müəllimidir.
N.T.Zamanov universitetdə müəllim işləməkləyanaşı, o, həm də 1 nömrəli Bakı şəhər xəstəxanasında həkim kordioloq kimi fəaliyyətini davam etdiri. O müxtəlif mövzularda 10-a qədər elmi məqalələrin müəllifidir.
Ailəlidir. 3 övladı var.
Commentaires