O soyuq dekabr gecələrindən... Kim bilir bəlkə də, sənin qolların, Boynuma dolanan Vətən olacaq. Alıb sinəsinə bir ömür boyu, Boyuma biçilən kəfən olacaq! Dərdimi, qəmimi unutduracaq, Gözümün yaşını qurutduracaq, Kim bilir bəlkə də, qürbət ellərdə, O, mənə Vətəni yaşatdıracaq... Kim bilir nələr var alın yazımda, Doğulduğum gündən perikdi ruhum! Burda səksəkəli deyilik, Ana, Aldığım nəfəsi qorxaraq udum...! Yollar çox uzaqdı, yollar bitməyir, Yolumu nə boran, nə qar kəsməyir, Tökülür gözümdən qara damlalar- Üstümdən qara yel, səmum əsməyir.. Burda təbiətin üzü günəşli.... Burda adamların qanı istidir... Elə bil doğmaca Kəlbəcərdəyəm- Elə bil Sakarya evin içidir... Ürəyim çırpınır Bakıya sarı... Boylanır gecələr ulduzla, ayla... O soyuq dekabr gecələrindən- Yuvamdan didərgin düşmüşəm, Ana!
NƏZMIYYƏ HİCRAN
Comments