top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Xalqımız Kəlbəcərin qızıl balıqçılıq potensialından da gərəyincə bəhrələnməlidir...


Yalnız Ala göllərdə ildə 150-200 ton forel balığı yetişdirmək mümkündür...

Ötən yazılarımızda da dəfələrlə vurğuladığımız kimi, dövlətimizin uğurlu siyasəti və şanlı ordumuzun qələbələri sayəsində 27 illik işğaldan azad olunmasından 4 ay keçən #Kəlbəcər rayonunun ölkəmizə, xalqımıza gəlir gətirmə potensialı hədsiz-hüqudsuzdur. Bu şərtlə ki, bu potensial da digər rayonlarımızınkı kimi ayrı-ayrı korrupsioner oliqarxların monopoliyasına düşməyə...

Kəlbəcərdə yalnız böyük qızıl, gümüş yataqları yoxdur. Kəlbəcərin hər bir sərvəti qızıl qiymətlidir. O torpağın, adi bir daşından, otundan, ağacından, kiçik bir dərə suyundan, xırdaca bir böcəyindən də altuna bərabər faydalar götürmək olar. O dağların belə qeyri-adi sərvətlərindən biri də həm cana, həm də ruha ləzzət və sağlıq verən çay və göl balıqlarıdır...

Təəssüf ki, işğaldan öncə sovet və çar Rusiyası dövrlərində torpaqları üzərində yaşadığımız #Kəlbəcərin, #Laçının, #Qubadlının və s. digər sərvətləri kimi, balığının da qədrini-qiymətini dəyərincə bilə bilməmiş, onlardan gərəyincə faydalanmamışıq...


27 ildən çox davam edən işğal dövründə isə ermənilər öz xislətlərinə uyğun olaraq başqa sərvətlərimiz kimi, balıqlarımızı da, necə gəldi, talamış, eyni zamanda çaylarımız, göllərimiz üzərində qanunsuz SES və digər tikintilər apararaq onlara ekoloji ziyanlar da vurmuşlar...

Kəlbəcərin #Tərtər, #Tutxun, #Lev, #Zəylik, #Keşdək, #Qaraağac və s. çayları da, #BöyükAlagöl, #KiçikAlagöl, #Qanlıgöl, #Dibgöl, #Əyrigöl, #Naxırgöl, #Böyükgöl və s. kimi bir çox göllərində də onlarla növ, o cümlədən #qızılxallı balıq, #forel tipli nadir balıqlarla zəngindir...

Rayonun gölləri arasında daha çox balıqçılıq potensialına malik isə Ala göllər hövzəsidir.

“Kommunist” qəzetinin Qarabağ üzrə xüsusi müxbiri olmuş rəhmətlik tanınmış jurnalist Ziyəddin Sultanov 1989-cu ilin noyabrında növbəti #Kəlbəcər səfərindən sonra dərc etdiyi “Dağlara qış gəlir” adlı məqaləsində belə yazır:


“...Ala göllər #Sarıyer yaylağında, dəniz səviyyəsindən 3500 metr yüksəklikdə yerləşir. Deyilənlərə görə, ümumi sahəsi Göy göldən 5 dəfə böyükdür. Saf dağ bulaqlarının axıb töküldüyü göl forel balığı ilə çox zəngindir. Lakin indiyə kimi həmin qiymətli ehtiyat mənbələrindən demək olar ki, istifadə edilməmiş, təsadüfi adamlar buranı alver mənbəyinə çevirmişlər. Mütəxəssislərin hesablamalarına görə, Ala göllərdə ildə 150-200 ton forel balığı yetişdirmək mümkündür. Həmin məqsədlə bu yaxınlarda orada “Balıqçı evi” tikilmişdir...”

Böyük Alagöl — Qarabağ vulkanik yaylasında, Kəlbəcər rayonunda yerləşən şirin sulu göl. Kiçik Qafqazın göllərinə aid edilir və qərbdə Ermənistanla həmsərhəddir. Kəlbəcər rayonunun mərkəzi 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildiyindən, göl ermənilərin işğalı altında idi. 15 dekabr 2020 tarixindən Azərbaycan geri almışdır. Dəniz səviyyəsindən 2729 m yüksəklikdə yerləşir, ən uzun yeri 3,7 km, ən enli yeri 9 m-dən artıqdır, gölün həcmi isə 24,3 mln m³. Gölün ətrafı qiymətli alp çəmənlikləridir.

Sahəsi 5,1 km², uzunluğu 3670 m, maksimal eni 2875 m, orta eni 1365 m, sahil xəttinin uzunluğu 24,8 km, maksimal dərinliyi 9,4 m-dir.

Böyük Alagölün yerləşdiyi ərazidə, yay vaxtı quruyan göllər də daxil olmaqla 30-a qədər göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl ( sahəsi 0,9 km²), Cilligöl (sahəsi 0,3 km²), və Dikpiləkən çayının mənbəsində (3028 m) yerləşən Dikpiləkən gölüdür ( sahəsi 0,06 km²). Böyük Alagölə 7 çay tökülür. Bunlardan ən böyüyü Qurbağalı və Azad çaydır.

Kəlbəcər rayonunun mərkəzi 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildiyindən, Ala göllər ermənilərin işğalı altında idi. 44 günlük müzəffər savaşımızdan sonra 15 dekabr 2020-ci ildə bu nadir təbiət incimizi də Azərbaycan düşmən tapdağından azad edib.

Qəsbkar Ermənistan da Ala göllərin strateji-iqtisadi əhəmiyyətinə böyük qiymət verərək onlardan əl çəkmək niyyətində olmayıb.

“Kəlbəcərin təhvil verilməsindən sonra gündəm və təcili müzakirə tələb edən məsələlərdən biri də Vardenis dağ silsiləsinin cənub yamaclarına, Sünik yaylasının şimal-qərbində yerləşən Böyük və Kiçik Ala göllərin taleyinə aiddir. Böyük və Kiçik Ala göllər məsələsi gündəm məsələsidir, azərbaycanlılar gələ və mövqe tutmağa çalışa bilərlər”. Bunu hələ 4 dekabr 2020-ci ildə öz “Facebook” səhifəsində Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan yazıb...

Kəlbəcərin Böyük Alagölü haqqında daha bir maraqlı fakt:

Orta çoxillik dövrdə Böyük Alagöldən yeraltı axım vasitəsilə #Göyçəgölünə nəql edilən suyun miqdarının 100 milyon m³-dən çox olması güman edilir. Mütəxəssislər həmin suyun relyefin mailliyi ilə #Tərtərçay hövzəsinə axıdılmasının mümkünlüyünü aşkar ediblər. Bu da təbii ki, #Tərtər çayının suyunun artmasına və bu hövzədəki balıq növlərinin artmasına gətirib çıxara bilər.


İnşallah, digər işğaldan azad bölgələrimiz kimi, Kəlbəcərin də yeraltı və yerüstü sərvətləri, o cümlədən balıqçılıq potensialı dərindən öyrəniləcək və xalqımızın sağlam həyat və rifah halının yüksəlməsinə yönləndiriləcəkdir...

Moderator.az (Sultan Laçın)

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page