Vidadi Salahov tarix üzrə fəlsəfə doktoru, “Turan-exspress” qəzetinin baş redaktoru, "Tərəqqi" medalı laureatı, Tarix elmləri doktoru, professor, Qazaxıstan hökuməti yanında Dövlət Tarixi İnstitutunun Tarix Akademiyasının akademiki, Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin rəhbəri idi.
Vidadi Koroğlu oğlu Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olmuşdur.
Fəaliyyəti aşağıdakılardan ibarətdir.
1978-1983-cu illərdə Voronej Dovlət Universitetinin tələbəsi olmuşdur. Tarix üzrə fəlsəfə doktorudur.
1983-1987-ci illərdə Tselinoqradda 23 saylı orta məktəbin tarix muəllimi kimi calışmışdır. Beynəlxalq Ekologiya və Energetika Akademiyasının müxbir üzvüdür.
1987-1992-ci illərdə Kemerov vilayəti Tastaqol rayonunun Kondama kəndinin orta məktəbinin tarix muəllimi kimi fəaliyyət göstərmişdir.
1994-1997-ci illərdə Akmola vilayətinin Tselinoqrad rayonunun “Priziv” qəzetində muxbir vəzifəsində işləmişdir.
1997-2004-cu illərdə “Akmola” Astana şəhərində fəaliyyət gostərən “Azamat”, “Times” qəzetinin müxbiri olmuşdur.
2004-cu ildə “Turan-exspress” qəzetinin baş redaktoru vəzifəsində calışmağa başlamışdır.
Qazaxıstan Prezidentinin 2 minnətdarlıq məktubu, “Qızıl qartal” ordeni ilə (Qonover),16 diplom və fəxri fərmanlar, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Vidadi Salahov 14 oktyabr 2018-ci il tarixdə haqqin dərgahına qovuşmuşdur.
Comments