22.12.2018-ci il tarixdə Azərbaycan Bayragı Ordenli Musayev Zahidin, Azərbaycan Vətən Müharibəsi Veranları İctimai Birliyinin Kəlbəcər rayon şöbəsinin sədri Ramiz Əliyevin təşkilatçılığı ilə Anım günü keçirilmişdir.
Tədbirdə Şəhidin atasi, komandiri, qardaşları, döyüş yoldaşları öz xatirələrini kədərlə paylaşmışlar.
Qeyd edək ki,Musayev Zahid Daşqın oğlu 10 noyabr 1974-cü ildə Kəlbəcər rayonu Mərcimək kəndində anadan olmuş. 1993-cü ildə Kəlbəcər rayon Hərbi komisarlığından Həqiqi-hərbi xidmətə çağrılmışdır. Fizuli Ağdam istiqamətində gedən döyüşlərdə dəfələrlə fədakarlıqlar göstərmişdir. 1996-cı il may ayının 18-dən 19-na keçən gecə saat 4 radələrində düşmənin kəşviyyat diversiya dəstəsinin hücumunu aşkar etmiş və qeyri bərabər döyüşə atılmışdır. Döyüş zamanı düşmənin bir neçə canlı qüvvəsini məhf etmiş, düşmən dəstəsini bir addımda olsada mövqelərimizə buraxmamışdır, hiyləgər düşmənin atdığı əl qumbarası Zahidi ağır yaralasada kömək gələnə qədər düşmənlə tək başına vuruşmuşdur. Aldığı yaralardan şəhidlik zirvəsinə ucalmışdır.
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 859 nömrəli sərəncamı ilə “ AZƏRBAYCAN BAYRAĞI ” ordeni ilə təltif olunmuşdur.
Comentarios