Allahverdiyev Famil Heydər oğlu 1964-cü ildə Kəlbəcəin Dərəqışlaq kəndində anadan olmuş, 1978-ci ildə Dalqılınclı kənd səkkizillik məktəbini bitirərərək Basarkecərdə sürücülük peşəsinə yiyələnmişdir. 1981-ci ildə ordu sıralarına cağrılıb, ikiillik hərbi xidmətini başa catdırmışdır. Döyüş yolu uzun kecən Familin ömrü qısa olmuşdur. Kəlbəcər rayon polis şöbəsində polis starşinası idi. Yol polisi işləsə də günü sərhəd keşikci məntəqələrində kecirdi. Sərrast atıcılığı var idi. Onu peşəkar kəşfiyyatcı kimi də tanıyırdılar. 1994-cü ilin qışında Murovdağ əməliyyatı zamanı itkin düşüb. 1994-cü il yanvar ayının 24-dən Famildən hec bir soraq yoxdur. İki övladı (bir oğlu, bir qızı) qalıb
Murov əməliyyatı başlamışdı. Famil komandirin maşınının işlətdiyi üçün hər gün ön cəbhədə idi. Tunelin alınması əmri verilmişdi. Famil də döyüşcü polislərlə birlikdə Çiçəkli dağdan Tərtərə tərəf enib. Duyuq düşən düşmən onları hədəfə alıb. Hərə dağılıb bir yana. Famil isə düşmən komandirinin maşınını snayperlə alışdırıb. Cox yorğun olduğundan bir ağacın altında oturub dincəlmək istəyib. Qalxanda ayaqları sözünə baxmayıb. «Siz gedin, mən gələrəm», - deyib. Amma hələ də gəlmir. Buna isə hec kim inanmır. Kimi dindirirsən deyir ki, «vallah Famil yorulmazdi…»
Məhəmməd NƏRİMANOĞLU (Nakam Talelər kitabından)
Comments