top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Unutmaz bu oba, bu mahal səni



Yer üzünün bir Kəlbəcər möcüzəsi vardı. Dağları, buludlarla döyüşən qayaları ər oğullara səngər olan, çəmənləri min bir çiçəklə ilmə-ilmə naxışlanan, bulaqları bayatı, ağı dilində hönkür-hönkür ağlayan Kəlbəcər! Altı-üstü qızıl külçəsi olan bu gözəlliklər diyarını, cənnətmisal torpağı yaşadan, ucaldan, dillər əzbəri edən Dədə Şəmşirimiz sözün, sazın sehriylə at oynadırdı bu dağların qoynunda bir vaxtlar. İlahi, bir vaxtlar elin-obanın qoyun sürülərini, at ilxılarını, dəvə karvanlarını qoynuna alan, ta payıza qədər bəsləyən, havalar sınan kimi arana yola salıb gözü yollarda qalan, gözləyən vəfalı bir Kəlbəcərimiz vardı. Yox, “Var” deyirəm öz-özümə, var. Yağı düşmən tapdağında qalsa da, şaxı sınsa, boynu bükülsə və gözü yollarda qalsa da, bizi qanadlandıran, o yerlərə çağıran Dədə Şəmşir harayı var. 


Kəlbəcər haqqında, Dədə Şəmşir haqqında yazılan hər yazı, işıq üzü görən hər kitab, əslində elə yurdumuzun azadlığı uğrunda mübarizədi. Dədə Şəmşir hər bir kəlbəcərlinin döyüş bayrağıdı. AMEA Folklor İnstitutunun və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşəbbüsü ilə keçirilən Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans ərəfəsində gənc qələm sahibi, tədqiqatçı filoloq Cəmilə Çiçəyin görkəmli sənətkarın yaradıcılığından bəhs edən dördcildlik kitablarının üç cildinin işıq üzü görməsi fərəhli hadisədir. Nəfis tərtibatla, yüksək poliqrafik icrada çap olunmuş bu kitablarda müəllifin orijinal yazıları ilə bərabər, Azərbaycanın bir çox görkəmli ədəbiyyat, incəsənət xadimlərinin xatirələri, Aşıq Şəmşirə həsr etdikləri elmi məqalələri, şeirləri toplanmışdır. Dədə Şəmşirin yaradıcılığından ayrı-ayrı seçmələrin cildlərdə yer alması da, düşünürəm ki, ustad sənətkara olan böyük sayğının əlamətidir. Cildlərə Azərbaycanın xalq yazıçısı Anarın, akademik Vasim Məmmədəliyevin, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun son dərəcə maraqlı, məzmunlu “Ön söz” yazmaları Aşıq Şəmşir yaradıcılığına olan böyük diqqət, maraq və qayğıdan irəli gəlir. Akademik Vasim Məmmədəliyevin “Sən dağlardan ayrılmadın” adlı üçüncü cildə yazdığı “Ön söz”də oxuyuruq: “Gənc tədqiqatçı-publisist Cəmilə Çiçəyin ustad sənətkarımız Aşıq Şəmşir haqqında cild-cild kitablar hazırlamasını alqışlayıram. Dünyada şər qüvvələrin ayaq açıb yeridiyi bir dövrdə Aşıq Şəmşir şeiri yer üzünü insanlığa, barışa çağırır. Bu bəşəri missiyanı təbliğ etməyin özü elə insanlığa xidmətdir. Dədə Şəmşiri çoxları yaxından tanıdığı, ondan xətir-hörmət, yaxşılıq gördüyü halda, bu boyda, dağ ağırlığında yükün altına zərif çiyinlərini verən bizim bu gözəl balamızdır. Mən sevinirəm ki, yeni gələn gənclik dədə-babalarının qoyub getdiyi zəngin irsə sahib çıxır, onu qoruyur. Bu, xalqımızın gözəl ənənələrindən biri olan varislik əlaqəsinin itmədiyini göstərir”. Akademik Vasim Məmmədəliyevin sözlərində böyük həqiqət var. Bu gün bir çox böyük sənətkarlarımız, o cümlədən XX əsr aşıq sənətinin sonuncu mogikanlarından olan Dədə Şəmşirin yaradıcılığına olan qayğı və diqqət sabaha ümidlə baxmağa bizdə inam yaradır. Cəmilə Çiçəyin “Kəlbəcərin saz qalası”, “Arı çiçəyə gəlib”, “Sən dağlardan ayrılmadın” kitablarında toplanmış yazıları bir gül çələnginə də bənzətmək olar. Səməd Vurğunun, Osman Sarıvəllinin, Məmməd Arazın, Nəriman Həsənzadənin, Vaqif Səmədoğlunun, Zəlimxan Yaqubun, Sabir Rüstəmxanlının, Qulu Xəlillinin, Məmməd Aslanın, Məmməd İsmayılın, İlyas Tapdığın, Hüseyn Abbaszadənin, Bəhmən Vətənoğlunun, Adil Cəmilin, Məhərrəm Qasımlının, Sədnik Paşa Pirsultanlının, İlham Məmmədlinin və başqa ədəbiyyat, elm xadimlərinin xatirələri, Dədə Şəmşir haqqında təəssüratları bu kitablara rəngarənglik, gözəllik gətirmişdir. 


Kitablarda Dədə Qorquddan üzübəri yol gələn türkün qüdrətli sözünü, səsini, avazını yaşadan azman sənətkarımızın Aşıq Şəmşirin böyüklüyünün vaxta, zamana, bir əsrə sığmadığını göstərən son dərəcə maraqlı, özünəməxsus yazılara da yer verilmişdir. Xüsusən Dədə Şəmşirin doğmalarının, əzizlərinin xatirələri, söhbətləri bu qüdrətli sənətkar haqqında oxucuda bitkin təəssürat yaradır. Şair-publisist, tanınmış ictimai xadim, Aşıq Şəmşir yadigarı Qənbər Şəmşiroğlunun, millət vəkili, tanınmış dövlət xadimi Cavid Qurbanovun xalqımızın milli sərvəti olan Aşıq Şəmşir yaradıcılığına həssaslığı Cəmilə Çiçəyin işıq üzü görən bu kitablarında aydın şəkildə hiss olunur. Yazımı görkəmli ədəbiyyat xadimi, professor Nizami Cəfərovun fikirləri ilə bitirmək istəyirəm: “Kitab həm aşıq ədəbiyyatı həvəskarları, həm də Dədə Şəmşir yaradıcılığının araşdırıcıları, tədqiqatçıları üçün çeşidli, zəngin materiallarla dolu qiymətli bir mənbədir. İnanıram ki, Cəmilə xanımın böyük zəhməti bahasına araya-ərsəyə gələn bu gözəl kitablar Şəmşirsevərlərə ən yaxşı hədiyyə olacaqdır”. Zülfüqar ŞAHSEVƏNLİ, “Respublika”. Xalq şairi Səməd Vurğunla Aşıq Şəmşirin deyişməsi Səməd Vurğun Aşıq Şəmşir, Dəlidağdan keçəndə Kəklikli daşlardan xəbər al məni. Ceyran bulağından qızlar içəndə Saz tutub, söz qoşub, yada sal məni. Aşıq Şəmşir Qoşqarla yanaşı duran başın var, Bizim el tanıyır uca dağ səni. Yanır yolumuzda sənət çırağın, Bilirik şeirdə bir mayak səni. Səməd Vurğun Hay vurub, qıy vurub, səs sal dağlara, Gözəllər oylağı göy yaylaqlara. Mənim bu dərdimi de oylaqlara, Sinəmdən oxladı bir maral məni. Aşıq Şəmşir Əzəldən başında cəm olub kamal, Səni oğul kimi sevir el, mahal. Azad ölkəmizdə hər zaman ucal, İstəyir könlümüz bu sayaq səni. Səməd Vurğun O ceyran baxışlı baxdı uzaqdan, Canımı odlara yaxdı nahaqdan. Yüz il də dolanıb keçsə o vaxtdan, Unutmaz aləmdə əhli-hal məni. Aşıq Şəmşir Sən kamil sərrafsan, göz ustadısan! Fəhmin, fərasətin öz ustadısan! Qabil sənətkarsan, söz ustadısan: Dəryasan, arzular min bulaq səni. Səməd Vurğun Gəlmişəm, gəzməyə sizin dağları, Baxım bu yaylaqlara doyunca barı, Şairin bu yerə düşdü güzarı, Gözəl qarşıladı xoş iqbal məni. Aşıq Şəmşir Günbəgün gül açır Vaqifin bağı, Bir çox şairlərin ana torpağı. Səmədin məskəni, şeirin ocağı, Kamala yetirib o Qazax səni. Səməd Vurğun Bəxt məni bu yerə qonaq göndərdi. Gedirəm, yamandı ayrılıq dərdi. Demə, Səməd Vurğun gəldi-gedərdi, Unutmaz bu oba, bu mahal məni. Aşıq Şəmşir Şəmşirlə görüşün qaldı yadigar, Unutmaz nə qədər canında can var. Səndən dərs almağa diyarbədiyar - Gəzirəm əlimdə şam-çıraq səni.

留言


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page