top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

TOYDAN ON ÜÇ GÜN SONRA…



Bu toy qardaşlığımın toyu idi. Mən bu dəfə soldış dururdum. Qardaşlığımdan soruşdum ki, bəs sağdış kimdi? Dedi: - Qonşuluqda bir oğlan var. Sabir dayının oğludur – İbrahim.

Tanıya bilmədim. Rasim bu dəfə ətraflı tanış etdi: - Necə yəni tanımadın? «Atıcı İbrahimin oğlu Sabir»i ki, tanıyırsan. Onun oğludur. Sabir dayı işıq idarəsində işləyir. İbrahim də sənin qardaşın İbrahimlə Penzada institutda bir yerdə oxuyur. Yəqin ki, tanıdın? 1992-ci il mart ayının axırlarında Sabir dayı gizlicə bir toy eləyirdi. Hamıdan, lap elə qohumlardan, qonşulardan da gizli. Bu toyun gizli olmasının əsas iki səbəbi var idi: toy çalınası vaxt deyildi. Yer-göy qan ağlayırdı. Daş-torpaq qan içində boğulurdu. Amma toy olmalı, bu evə gəlin gəlməli idi. Sabir dayının ömür-gün yoldaşı Minayə xala xeyli vaxt idi ki, xəstə idi. Evdə nə gəlin var idi, nə də qız. Qız başqa evə köçmüş, oğlunu isə ayırıb ayrıca bir ev eləmişdilər ki, yanan ocaqlarının sayı artsın. Böyük oğlu İslam da bu işə razı olmuşdu. İbrahim Rusiyada oxuyur, Akif də əsgərlikdə idi. Akif rus ordusu sıralarında Ukraynada qulluq edirdi. Vətənin göylərini qara bulud alandan sonra Akif doğma torpağı yağılardan qorumağa qayıtdı. Akifin gəlməsi toy məsələsini bir az da tezləşdirdi. Çox çək-çevir olmadan toyu eləməli oldular. Akifin xalası qızı Xalidə xalasına gəlin köçdü. Amma zurna-qavalsız, lal-dinməz, peyğəmbəri. Qız evindəki kimi, bəy evində də çal-çağır olmadı. Qonum-qonşunun çoxu gileyləndi ki, «bu nə toydu - nə çalan var, nə oxuyan, oynayan…?» Qurbanov Akif Sabir oğlu 1972-ci il iyun ayının 29-da Kəlbəcər şəhərində anadan olub. Şəhər 2 saylı orta məktəbi bitirib. 1990-cı il noyabr ayının 10-da hərbi xidmətə çağırılıb. Akif torpaq uğrunda şəhid olub. Vətənə oğul kimi qulluq göstərdiyi üçün bu adı veriblər. Bundan yüksək rütbə olarmı? Bu adı toyundan üç gün sonra aldı. Bəy adını cəmi on üç gün daşıdı. Bəy adından çox bu adı əzizlədi. Bəy kimi bəy olmayan Akif şəhid kimi şəhid oldu. Bəyliyi on üç gün oldusa, şəhidliyi tarix boyu olacaq… Qardaşı İslamla görüşəndə məqsədimi bildirdim. Anasından qorxduğum üçün istəyirdim ki, elə ikilikdə dərdləşək. Axı, anası xəstədi. Akifin şəklini də gətirmişdi. İslam danışa bilmirdi, şəkilə baxırdı. Bu zaman ürəyindəki, qəlbindəki xatirələr göz yaşlarına dönüb süzülürdü. Mən də «yığıb-yığışdırmaq» üçün əlimdə qələm dayanmışdım. İslam yana-yana durub getdi. O getdiyi yola ağ bir zolaq düşdü. Bu işıq seli İslamın ürəyindən çıxıb ayaqların altına düşərək, getdiyi yolu işıqlandırdı… Axşamlar isə Sabir dayının evinin həndəvərindən çox keçmişəm. Son vaxtlar bu evdən işıq gəlmirdi. Bilirdim ki, bu evin yiyəsi işıq işçisidir. Amma işıqlarının yanmamasının səbəbini bilmirdim. İslamla görüşəndən sonra bildim ki, o işlıqları söndürən fələkdi. Bu fələk yağı gülləsidi, atıblar, gəlib kişinin evinin işığını söndürüb. O güllə Akifi də yıxdı, anası Minayə xalanı da yıxdı, evə təzə gəlin gələn Xalidəni də. On üç günün gəlini. On üç günün bəy evi. Qismətinə düşən paya bir baxın. İndi bu gəlin qara geyinməsin, neyləsin. Bir ömrün sevinci bir gülləyə qurban getdi. O gəlin indi bəxtinə qarğasın, yoxsa, Akifi aparan o gülləyə?! Akifin qara taleyinə ağlamaq azdı, vallah azdı. Bəyliyi ilə şəhidliyi arasına sığan o on üç günün davamını qırana qarğayın. Gündə on üç dəfə ölüb-dirilən ananın diliynən qarğayın, bəlkə tutula… Şəhid Akif! Tarixin amansız girdabında sevincli günlərinin uzunluğu on üç gün olan qardaş! İslamdan betər mən yandım sənin yoxluğuna. Çox gec bildim şəhidliyini. Çox gec bildim ananın belə vaxtında sinə dağı görməsini. Təsəlli verə bilmədim. Axı, mən ona hansı dillə təsəlli verəydim?! Dilim qabar atıb təsəlli verməkdən, şəhid analarına yalvarmaqdan… Deyirəm, görəsən, Kəlbəcərin Qılınclı kənd texniki peşə məktəbi bildimi ki, neçə oğul itirdi? Ağılarını yazdığım igidlərin 80-90 faizi o məktəbi bitirmişdi. Akif də əsgərlikdə olan vaxtları (Rus ordusunda) sürücülük peşəsinə yiyələnmişdi. Amma vəsiqəsinin arasındakı talonunu heç bir avtomobil müfəttişi görmədi. Onu yolda saxlamadılar. Kaş saxlayaydılar o gedən yoldan. Maşınsız, qara mafədə getdiyi oldan qaytara biləcək bir qüvvə köməyinə çataydı. Akif əsgərlikdə bir şəkil albomu düzəltmək istəyirmiş, yarımçıq qalıb. Bütöv bir ömrün yadigarı olacaqdı o albom, amma olmadı. Elə o albomu Akif düzəldə bilsəydi, biz də indi onun şəhidliyindən danışmazdıq. Kaş elə olaydı, Minayə xala! Kaş oğlunun şəhidliyindən yazmaq əvəzinə oğlunun toy şənliyindən bir yazı hazırlayaydım. Nəyinə lazım idi bu ağı. Onsuz da şəhid olan oğullara o qədər ağı deyirsən ki. * * * Taksi ilə bir gün şəhid evinə gedirdim. Sürücü tini dönüb saxladı, boylandı, - çaşmışam, küçəni səhv gəlmişəm? – dedi. - Çatdıq, Akif Qurbanov küçəsidi də. - Bəs bu küçə… Baxdım ki, sürücü küçənin yeni adını bilmir. Odur ki, ətraflı başa saldım: - Doğrudur, əvvəllər M.Qorki olub, amma indi şəhid adını daşıyır. Akif Sabir oğlu Qurbanovun adını veriblər bu küçəyə... …Ağdabanın qara taleyinə yazılan paydan Akifin də qismətinə düşdü. Bəylik paltarını soyunmamış dava paltarını geyinən cavan əllərinin xınası qurumamış bir gəlin qoyub getdi. O gəlin də barmaqlarındakı xına rəngində gözlərindən yaş axıtdı. Əyninə isə qisməti rəngində don geyindi: qapqara paltara keçdi. Kimə ağlayım indi mən yazıq? O on üç günlük gəlinə – Xalidəyə, yoxsa doyunca üzünə baxa bilmədiyi Akifə?! Anaya deyirlər ki, birtəhər dözsün. Bəyəm dözüləsi dərddi? İki gəncin qara taleyinin ağır dərdləri xəstə ananın xəstə ürəyinə necə sığsın? Ana indi iki dərd böyüdür. Xəstə dərdlə qoşalaşıb oğul dərdi. Dözür ana, dərdin ikisinə də. Dözür ki, yurdun bu gəlininin paltarından da qara şərdən qurtardığını eşitsin... Məhəmməd Nərimanoğlu


Comentarios


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page