top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

"Torpağı olmayanın ölməyə haqqı yoxdur" Səbuhi AĞA



Kəlbəcər ədəbi mühiti hər zaman öz zənginliyi ilə seçilmişdir.Kəlbəcər ədəbi mühitinin bir çox yetirməsi şairlərimiz,saz-söz ustalarımız,hər zaman öz şeirləri ilə sevilmişdir.Kəlbəcər ədəbi mühiti Aşıq Qurban,Dədə Şəmşir,Əli Başlıbelli Mirzəyev,Sücaət,Bəhmən,Ənvər Rza və s. yetişdirmiş və bugün və gələcəkdədə dillər əzbəri olacaq şeir sənət yadigar qoyub haqqa qovuşmuşlar.Kəlbəcərin zəngin iqlimi,təbii şəraiti orada olan demək olarki hər bir insanda müəyyən yaradıcılıq qabiliyyətləri üzə çıxartmışdır.Bunların içində həvəskarlarda olmuş və onlarında yazdıqları heçdə zəif olmamışdır.Bu yazarlardan biri isə Kəlbəcər rayonu Başlıbel kəndindən olan Səbuhi Ağayevdir.Vətən həsrətli Səbuhi həvəskar olmasına baxmayaraq hərdən təbii gələndə bəzi yazıları qələmə alır,bu yazılardan birin sizə təqdim edirik.

Yox Qubadlı, Cəbrayıl, Yox Fizuli, Zəngilan,

 Kərkicahan Xocalı başdan başa ölüm qan, 

Allah vətən torpağı vətəndə olub viran, Vətənsiz vətəndaşın olmağa haqqı yoxdur! Torpağı olmayanın ölməyə haqqı yoxdur.

Girov verdik Şuşanı, Kəlbəcəri itirdik, 

Turşsuyu, Dəlidağı gör nələri itirdik. Ağzımızın dadını min cövhərin itirdik. 

Köçkün adlanan kəsin gülməyə haqqı yoxdur. 

Torpağı olmayanın ölməyə haqqı yoxdur. 

Laçın, Kərki, Nüvədi, Ağdərə tapdaq altda,

 Namus qeyrət timsalı Ağdam yoxdur həyatda, 

 Min -min ərlər ərənlər nə vaxtdan torpaq altda

Bizlərin torpaq üstdə qalmağa haqqı yoxdur! 

 Torpağı olmayanın ölməyə haqqı yoxdur. 

Düzülübdü yol boyu çadırlar, alaçıqlar Qaçqının güzəranın alaçıqlar açıqlar, Ayaqyalın, başıaçıq ac- yalavac uşaqlar, Toxların bu yerlərə gəlməyə haqqı yoxdur Torpaqı olmayanın ölməyə haqqı yoxdur. Əl boyda bir torpaqdan nə qədər pay verəsən Dərdimizin çoxunu, ya azını böləsən, Əvəlikdə tapılmır qulac hörük hörəsən, Bizlərin torpaq üstə gəzməyə haqqı yoxdur Torpağı olmayanın ölməyə haqqı yoxdur

Səbuhi Ağa.


Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page