Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbin kollektivinə ağır itki üz vermişdir. Kollektivin sayılıb-seçilən üzvlərindən biri, gözəl müəllim, gözəl ana, əsil Azərbaycan xanımı Əliyeva Əntiqə Vəli qızı dünyasını dəyişmişdir. Əntiqə müəllimə uzun illər şagirdlərinə rus dilini tədris etmişdir. İşlədiyi illər ərzində pedaqoji ustalığı, dərin biliyi və ətrafı ilə səmimi münasibəti ilə fərqlənən Əntiqə müəlliməni hamı sevirdi, hər zaman adı hörmətlə anılırdı. Çox təəssüf ki, amansız xəstəliklə mübarizə apara bilmədi. Allah məkanını cənnətlə bərqərar etsin, məzarı nurla dolsun. Sevilən müəllim, gözəl ailə başçısı Ə.Əliyevanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Kəlbəcərin dəyərli ziyalısı,hörmətli professor Musa Kazımovun ömür-gün yoldaşı Əntiqə xanım Əliyevanın vəfatından kədərlənir və ailə üzvlərinə qızı Mehparə Kazımovaya və oğlu Azər Kazımov-a və ailənin digər üzvlərinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin !
Commentaires