Sadıqova Sevda Rza qızı 1967-ci ildə Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olub. Kiçik yaşlarından poeziyaya maraq göstərir. “Taleyimdən küsmürəm” və “Mənim könlüm deyir ki...” kitablarının müəllifidir. Torpaq itkisinin gətirdiyi ağrılı mövzu demək olar ki, onun şerlərinin əsasını təşkil edir. Sevdanın “Mənim könlüm deyir ki...” kitabının ön sözündə şair Ağa Laçınlı yazır: “Şairə qızımın şerlərini oxuduqca düşündüm ki, şair olana savad lazım deyil, vacib olan İlahi Ruhdur ki, o da Sevdanın qəlbinə hakim kəsilib...”
Comentarios