top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Serbiyada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirildi



Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.


Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işini davam etdirir. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC – Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi” mövzusunda, İtaliyanın Cənubi Latsio Universitetində “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq” mövzusunda, Moskva Dövlət Linqvistik Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında “Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq” mövzusunda, Tbilisi Dövlət Universitetində “Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu” mövzusunda, Huçjou Universitetində “Bir qurşaq – bir yol: multikulturalizmin öyrədilməsi” mövzusunda bölmə iclasları keçirilib.

Aprelin 26-da Belqrad Universitetində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Multikultralizmin Azərbaycan təcrübəsi” mövzusunda bölmə iclası keçirilib.


Tədbirdə Azərbaycan Respublikasının Serbiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənov, Azərbaycan Dillər Universitetinin prorektoru professor Əfqan Abdullayev, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, cənubi slavyan ədəbiyyatının Azərbaycanda tanınmış tədqiqatçısı professor Cəlil Nağıyev, Azərbaycan Dövlət Nəşriyyatının Baş redaktoru, publisist, görkəmli serb yazıçısı Milorad Paviçin dünya şöhrətli “Xəzər lüğəti” romanının Azərbaycan dilinə tərcüməçisi, əməkdar jurnalist Əlövsət Ağalarov, Belqrad Universitetinin rektoru doktor Vladimir Bumbaşireviç, filologiya fakültəsinin dekanı Lyilyana Markoviç, Serbiya Parlamentində Azərbaycanla dostluq qrupunun üzvü, Serbiya Kral Akademiyası Şurasının üzvü Lyubişa Stoymiroviç, deputatlar Miliya Miletiç və Marko Parezanoviç, Serbiya Respublikası Xarici İşlər Nazirinin müavini Tamara Rastovaç Simaşvili, habelə Serbiyanın dövlət, hökumət qurumlarının, diplomatik korpusun, elmi, akademik dairələrin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.


Serbiya Parlamentinin Azərbaycanla dostluq qrupunun, Serbiya Kral Akademiyası Şurasının üzvü Lyubişa Stoymiroviç hazırda yeni texnologiya və ixtiraların baş verdiyi dünyada xalqların, insanların rahat və sülh şəkilində yaşaması, anlaşması üçün multikulturalizmin və dözümlülüyün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirib ki, Serbiyada dözümlülük və multikulturalizmin dahi serb alimi Nikola Teslanın nəzəriyyələrində əks olunub, Azərbaycanda isə ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində təşəkkül tapıb və daha da inkişaf edib. O, Serbiya və Azərbaycanda müxtəlif etnik azlıqların yaşadıqlarını və onların adətlərinə hər zaman dözümlülük nümayiş etdirildiyini, hörmətlə yanaşıldığını xüsusi vurğulayıb.

Belqrad Universitetinin professoru, şərqşünas alim Ema Milkoviç Azərbaycanlıların multikultural bir xalq olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərə etiqad edən, digər dillərdə danışan etnik azlıqlar yaşayır. Professor milli azlıqların hüquqlarının hər zaman dövlət tərəfindən təmin edildiyini, bunun ölkə Konstitusiyasında da yer aldığını, azlıqların heç bir diskriminasiya ilə üzləşmədiklərini və Azərbaycanın bir çox dövlətlərə nümunə olduğunu qeyd edib.


Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, cənubi slavyan ədəbiyyatının Azərbaycanda tanınmış tədqiqatçısı, professor Cəlil Nağıyev öz orijinallığı ilə seçilən Serb və Azərbaycan ədəbiyyatları arasında tarixə söykənən böyük mənəvi bağlılığın olduğunu, ədəbiyyat nümunələrinin qarşılıqlı şəkildə müxtəlif dillərə tərcümə edilərək dünya oxucularına təqdim olunduğunu qeyd edib. Professor hər iki xalqın yazıçılarının əsərləri arasında paralellər apararaq, orada multikulturalizm, humanizm və ədalət ideyalarının, xalqların sülh şəraitində birgə yaşayışının əks olunduğunu vurğulayıb.

Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, publisist, görkəmli serb yazıçısı Milorad Paviçin dünya şöhrətli “Xəzər lüğəti” romanının Azərbaycan dilinə tərcüməçisi, əməkdar jurnalist Əlövsət Ağalarov Azərbaycan dövlətinin dəstəyi ilə Belqrad Universitetində yaradılmış mərkəzin Serb və Azərbaycan xalqının daha da yaxınlaşmasında, onlar arasındakı mədəni bağlılığın möhkəmlənməsi istiqamətində əhəmiyyətini vurğulayıb. O, həmçinin Azərbaycanla Serbiya arasında münasibətlərin bir çox sahələrdə inkişafından, çoxəsrlik tarixə malik mədəniyyəti və adət ənənələrindən bəhs edib.


Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad İncəsənət Akademiyasının professoru Zərifə Əlizadə ölkələrarası mədəni və humanitar sahədə bir çox nailiyyətlərin əldə olunduğunu bildirib. Professor Azərbaycan və Serb yazıçılarının 17-dən çox əsərinin hər iki dilə tərcümə edildiyini, bu səpkidə Səfirliyin fəaliyyətinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Azərbaycan və Serbiya arasında yaxşı münasibətlərin olduğunu deyib, əlaqələrin daha da inkişafı üçün əməkdaşlığın davam etdirildiyini söyləyib.


Tədbirin sonunda Belqrad Universiteti tərəfindən Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullaya, prorektoru Əfqan Abdullayevə, Azərbaycanın Serbiyadakı Səfiri Eldar Həsənova, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadəyə və Mərkəzin yaradılmasında əməyi keçmiş digər şəxslərə təşəkkür diplomları təqdim edilib. Səfər çərçivəsində nümayəndə heyəti Belqrad şəhərində “Taşmaydan parkı”nda ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin, görkəmli serb yazıçısı Milorad Paviçin heykəllərini, 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş uşaqların xatirəsinə həsr olunmuş “Biz sadəcə uşaqlar idik” abidəsini, Novı Sad şəhərində Dunay çayı sahilindəki dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünü ziyarət edib, onların önünə gül dəstələri qoyub.


Xatırladaq ki, “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda beynəlxalq konfransın bağlanış mərasimi 4-5 may tarilərində Azərbaycan Dillər Universitetində keçiriləcək. Tədbirdə 11 ölkənin universitetlərinin və digər beynəlxalq qurumların nümayəndələri iştirak edəcəklər. Moderator.az


Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page