top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi



Serbiyanın Smederovo şəhərində keçirilən 49-cu “Semederovo Poeziya Payızı” beynəlxalq festivalında Azərbaycanlı şair, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xəqani Həbiboğlu (Verdiyev) “Smederevo Qızıl Açarı” mükafatına layiq görülüb. Azərbaycanın Serbiya Respublikasındakı Səfirliyindən Modern.az-a verilən məlumata görə, onun şeirləri festivalın təşkilatçıları tərəfindən serb dilinə tərcümə edilərək “Görüş” adı ilə iki dildə (Azərbaycan və serb dillərində) nəşr etdirilib. Şairin şeirləri, həmçinin, serb dilində nəşr edilmiş poeziya almanaxında da yer alıb. 1970-ci ildə əsası qoyulan və hər il təşkil olunan bu nüfuzlu festival, bütün dünya ölkələrini təmsil edən şairlərin görüş yeri kimi də məşhurdur. Festivalın təşkilatçıları tərəfindən təsis edilmiş və ədəbiyyat sahəsində ən nüfuzlu mükafat kimi tanınan “Smederevo Qızıl Açarı”-na hər il bir nəfər şair layiq görülür. Nüfuzlu ədəbiyyatçılardan təşkil olunan münsiflər heyəti uzun və zəhmət tələb edən araşdırmalardan sonra festivala təqdim edilmiş çoxsaylı namizədlər arasından gizli səsvermə yolu ilə qalibi müəyyən edirlər. İndiyə qədər qalib olmuş şairlər arasında Avstriya, Fransa, İspaniya, Çin, Yunanıstan, Rusiya, Almaniya, Norveç, Zimbabve, Argentina və digər ölkələrinin sevilib seçilən şairləri yer alır. 17 oktyabr tarixində baş tutan “Smederevo Qızıl Açarı” mükafatının təqdimetmə mərasimindən öncə, Smederevo şəhərinin meri xanım Yasnu Avramoviç, festivalın direktoru cənab Qoran Corceviç, Azərbaycanın Serbiya Respublikasındakı səfiri cənab Eldar Həsənov və ictimaiyyət nümayəndələri festival çərçivəsində fəaliyyət göstərən “Azərbaycan - Odlar Yurdu” adlı foto sərginin açılış mərasimində iştirak ediblər. Sərgidə Azərbaycanın təbiəti, memarlıq abidələri, tarixi dəyərləri və müasir inkişafını özündə əks etdirən fotoşəkillər nümayiş etdirilmiş və bu nümunələr festival iştirakçıları və şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Daha sonra qonaqlar mükafatın təqdimetmə mərasiminə dəvət edilib. Tədbiri açıq elan edən, Serbiya Yazıçılar Birliyinin sədri Radomir Andriç, mədəniyyət, incəsənət və poeziyaya bağlı olan serb xalqının artıq 49-cu ildir ki, “Smederevo Poeziya Payızı” beynəlxaq festivalının Serbiyanın XV əsrdə paytaxtı olmuş bu qədim şəhərdə keçirilməsinin təsadüfi olmadığını qeyd etdi. Azərbaycan və Serbiya arasında mövcud, yüksək səviyyəli mədəni əlaqələrdən danışan R.Andriç, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin Serbiyaya səfərinin xoş xatirələrlə yadda qaldığını diqqətə çatdırdı. Sonra çıxış edən festivalın direktoru Q.Corceviç festival tarixində ilk dəfə olaraq şəhərin rəmzi açarı sayılan “Smederevo Qızıl Açarı” mükafatını Azərbaycanlı şairə təqdim etməkdən, onun şeirlərinin Azərbaycan və serb dillərində nəşr edilməsindən məmnunluq hissi keçirdiyini və bu əlamətdar hadisənin Serbiya və Azərbaycan xalqları arasında dostluğa, mədəniyyətlərarası inkişafa öz töhfəsini verəcəyinə əminliyini ifadə edərək, mükafatı şair Xəqani Həbiboğluya təqdim etdi. Festivalın qalibi X.Həbiboğlu festivalın təşkilatçıları, münsiflər heyəti və serb oxucularına şeirlərinə verdikləri yüksək qiymətə görə öz dərin təşəkkürlərini bildirib və şəhərin rəmzi qızıl açarının ona etibar edilməsindən şərəf duyduğunu dilə gətirib. Azərbaycanın işğal olunan Qarabağ bölgəsində doğulduğunu xüsusi diqqətə çatdıran şair “bütün dünyada şəhərlərin açarları şairlərə etibar edilsəydi, dünyada daima sülh və əminamanlıq olardı”,- deyə çıxışına davam edib. Şair xüsusi məmnunluq hissi ilə Azərbaycan ədəbiyyatı, incəsənəti və ümumən mədəniyyətinə verilən töhfə kimi Serbiyanın Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin gördüyü işləri vurğulanıb. Çıxışından sonra X.Həbiboğlunun yeni kitabından bir neçə şeir Azərbaycan və serb dillərində oxunub. Onun şeirləri iştirakçılar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Tədbirdə çıxış edən Səfir Eldar Həsənov ədəbiyyat aləmində xüsusi yeri olan bu festivalın yüksək səviyyədə təşkil edildiyini, əsas mükafata həmvətəninin, Azərbaycanın təsirli və axarlı poeziya ənənəsinə malik olan bir ölkənin, nüfuzlu və müasir şairlərindən biri olan Xəqani Həbiboğlunun layiq görülməsindən qürur duyduğunu və belə mədəni, ədəbi tədbirlərin mədəniyyət sahəsində Azərbaycan və Serbiya, həmçinin festival iştirakçısı olan digər ölkələrlə əlaqələrinin daha da canlanmasına öz töhfəsini verəcəyindən əmin olduğunu bildirdi. Dünya ədəbiyyatına və mədəniyyətinə öz töhvələrini vermiş poeziya sənətimizin Füzuli, Qətran Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Mikayıl Müşfiq, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə kimi ölməz korifeylərinin yüksək sənətkarlıqla yazılmış əsərlərinin sonrakı dövrlərdə müasir şairlərimizin ilham qaynağı olduğunu, həmçinin serb şairləri Petar Neqoş, Branko Radiçeviç, Yovan Zmay, Aleksa Şantiç, Yovan Duçiç, Milan Pakiçin yaradıcılığının da əhəmiyyətli rol oynadığını söylədi. Azərbaycan və Serbiya arasında münasibətlərin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bütün sahələrdə, o cümlədən humanitar sahədə əlaqələrin genişləndiyini, habelə ölkəmizin dəstəyi ilə Serbiyada həyata keçirilən humanitar layihələrdən bəhs etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ədəbiyyatımıza, tariximizə, mənəvi irsimizə göstərilən qayğı və diqqəti vurğulayan Səfir, ölkə başçısının imzaladığı sərəncamlarla son illərdə onlarla görkəmli şair və yazıçının yubileylərinin dövlət səviyyəsində qeyd edildiyini, onların bir çoxuna hər il Prezident təqaüdünün verildiyini bildirib. Qonaqlar arasında həmçinin Serbiyanın sevilən və dəyər verilən yazıçısı Milorad Paviçin “Xəzər Lüğəti” adlı kitabını ana dilimizə tərcümə edən, Azərbaycanın Əməkdar jurnalisti, tərcüməçi-publisist Əlövsət Ağalarovun da olduğunu xüsusi diqqətə çatdıran Səfir, iki ölkə arasında qarşılıqlı dostluq münasibətlərinin inkişafında mədəniyyət nümayəndələrinin əvəzsiz rolu olduğunu qeyd etdi. Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Serb Dili və Mədəniyyəti mərkəzi haqqında məlumat verərək, bu ildən mərkəzdə serb dilinin tədris edildiyini və bunun tələbələr tərəfindən böyük maraqla qarşılandığını diqqətə çatdırdı. Mədəniyyət, incəsənət və poeziyanın xalqları birləşdirən bir körpü olduğunu deyən Səfir, festivala və təşkilatçılara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Festival çərçivəsində Xəqani Həbiboğlu Smederevo şəhərinin texniki məktəbinin qonağı olmuş və şagirdlər qarşısında çıxış edərək, Azərbaycanın tarixi və mədəniyyəti haqda geniş məlumat verib. Xəqani Həbiboğlu həmçinin Serbiya Respublikasının Mədəniyyət və İnformasiya naziri cənab Vladan Vukosavlyeviç tərəfindən qəbul edilmişdir. “Smederevo Qızıl Açarı” mükafatına layiq görülməsi və Serbiyada kitabının nəşr edilməsi münasibətilə X.Həbiboğlunu təbrik edən nazir hər iki xalqın zəngin mədəniyyətindən bəhs etmiş, qarşılıqlı layihələrin millətlər arasındakı çoxəsrlik mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb. Ədəbi proseslərin öyrənilməsi baxımından bədii tərcümələrin roluna toxunan nazir qarşılıqlı tərcümə prosesləri ilə Azərbaycan ədəbiyyatının Serbiyada, Serbiya ədəbiyyatının isə Azərbaycanda yayılmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Səmimi qəbula görə nazirə təşəkkür edən Xəqani Həbiboğlu Azərbaycan mədəniyyətinin və ədəbiyyatının zənginliyindən danışıb və Serbiya yazarlarının əsərləri ilə yaxından tanış olduğunu bildirib. Tərəflər milli mədəni irsin qorunması, gələcək nəsillərə çatdırılması və dünyada təbliği istiqamətində görülən işləri yüksək dəyərləndirib. Qəbulda mədəniyyət sahəsində maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Sonra Serbiyanın Belqrad Universitetinə dəvət edilən X.Həbiboğlu, orada fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində toplaşan, universitetin filologiya fakültəsinin tələbələri qarşısında mühazirə ilə çıxış edib. O, Azərbaycan poeziyasının tarixi, tanınmış şairləri və Azərbaycan poeziyasının xüsusiyyətləri barədə geniş məlumat verib, Azərbaycan və Serbiya ədəbiyyatı arasında oxşarlıqlardan bəhs edib. Sonra şair X.Həbiboğlu Azərbaycanın Belqraddakı Səfirliyini ziyarət edib. Beş gün ərzində davam edən festival yerli və xarici KİV nümayəndələri tərəfindən geniş işıqlandırılıb. 

Modern.az

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page