Türk dünyasının dərin qatlarından süzülüb gələn ozan-aşıq sənətinin, aşıq pоеziyasının qədim kökləri şifahi xalq ədəbiyyatına və xalq yaradıcılığına, xalqın bədii özfəaliyyətinə gеdib çıxır. Оnun rüşеymi bayatılarda, xalq məsəllərində, xalq havalarında, xalqın təbii, arasıkəsilməz, gündəlik bədii özfəaliyyətindədir. Aşıq yaradıcılığı çоx qədim tarixə malikdir. О, «Dədə Qоrqud» kimi ölməz sənət abidəsi yarada bilmişsə, dеməli ilk kökləri daha dərindədir. Azərbaycan aşıq pоеziyası, aşıq sənəti «Dədə Qоrqud» dastanları mеydana çıxandan çоx-çоx əvvəl yaranmağa başlamışdır. Bu dastanlarda aşıq böyük rоl оynayır. О, müdrik, ağıllı bir adam kimi təsvir оlunur, «еl bilicisi» adlandırılır. Hətta göstərilir ki, dastanları yazan, qələmə alan Dədə Qоrqud, yaxud Qоrqud ata, оzandır, yəni özü aşıqdır. Qədim zamanlardan Azərbaycan xalqı aşıqlara böyük məhəbbət bəsləmiş, hər zaman оnları hörmətlə qarşılamışdır. Bu şaxəli, qоllu-budaqlı sənətdə isə musiqi, ifaçılıq, rəqs və şеr bir-birini tamamlayır. Оna görə də aşıq sənəti şərəfli оlduğu qədər də çətin, mürəkkəb və sоn dərəcə ustalıq, həssaslıq və məharət tələb еdən sənətdir.
Aşıq xalq sənətkarıdır. Onun gücü, qüdrəti, şöhrəti xalqdadır. Müxtəlif tarixi mərhələlərdən keçmiş aşıq sənəti xalqımızın əski və zəngin tarixində, bu tarixin çarpaşıq yollarında onun mənəvi dünyasına bədii təfəkkür və mədəniyyətinə etibarlı dayaq olmuşdur.
Bugün sizə təqdim edəcəyimiz aşığımız isə gənc olmasına baxmayaraq bir çox uğurlar əldə etmiş və gündən-günədə daha da öz sənətini yüksəltməyə davam edir.
Aşıq Əlinin tərcümeyi halın sizə təqdim edirik.
" Mən Əli Pənah oğlu Zeynalabdinov 1991-ci il yanvar ayının 1-də Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuşam.Mənfur qonşumuz erməni qəsbkarlarının yurdumuza hücumu zamanı,1993-cü il aprel ayında doğma vətənimizdən məcburi köçkün halında uzaq düşmüşük.Həmin ildən Goranboy rayonunun Qaraçinar kəndində müvəqqəti məskunlaşmışıq. Bir müddət uşaqlıq illərim bu kənddə keçib.1997 ci ildə Şəmkir rayonunun Yuxarı Çaykənd kəndində məskunlaşmışıq,elə həmin ildən Yuxarı Çaykənd kənd orta məktəbində təhsil almağa başlamışam. Təhsil aldığım müddətdə çalışmışamki müəllimlərim və tələbə yoldaşlarımın mənə olan etimadını doğruldum.Bu illərdən xəyalımda xeyli maraqlı hadisələr qalıb.Uşaqlıq illərimdən musiqiyə olan marağım məni bu sənətə gəlməyə vadar edirdi,evimizdə atam saz ifaçısı olduğu üçün sənətin sirlərin atamdan öyrənirdim, hətta yadımdadır ki, uşaqlığımda mənə balaca bir sazda almışdı.
Elə mənim musiqiyə əsas marağım da o vaxtdan oyandı.Məktəbimizdə və rayon mərkəzində keçirilən tədbirlərdə,böyük maraqla iştirak etmişəm,bir neçə dəfə ümumrespublika yarışlarında bir sıra adlara laiq görülmüşəm. Uşaqlığım bəzən qəmli, bəzənsə çal çağırlı keçib. Acılı-şirinli günlər mənə deməy olarki həyatı öyrədib.Bu axarnan gəncliyimin həddi buluğ dövrünə çatıb,2008-ci ildə orta məktəbi bitirmişəm.Ailədə atam,anam biz isə iki qardaş,iki bacı olmuşuq.Demək olar ki,biz ümumən ailəliklə sənətə bağlı olmuşuq.Qardaşım Xəqani də hal hazırda musiqiçidi muğam təhsili alır.Sonralar ailəmizdə baş verən acı bir hadisə nəticəsində bacımı itirmişəm. Həyatımın demək olar ki ən ağrılı acılı günlərin yaşamışam həmin illərdə! Nəhayət bir neçə il ötdükdən sonra 2012-ci ildə ailə həyatı qurmuşam və ailəlik müddətində bir oğlan evladımız həyata göz açıb, bu sevinc hissi mənə çox doğma olub,bu təkrarsız övlad sevgisin həyatımda yalnız bir sevgiylə müqayisə edərdim, saz sevgisilə ! Bəli saza olan sevgim mənə övlad sevgisindəndə əziz olub.Elə bu sevginin təsirindən sənəti yaşatmaq, sənətlə yaşamaq eşqilə yenidən bu sənətə gəlmişəm və 2013-cü ildən Bakı şəhərində məskunlaşmışam. Bir müddət muğam təhsili almaq fikrilə Gənc xanəndəmiz əməkdar artist Ehtiram Hüseynovdan təhsil almışam. Sənətin çətinliklərinə baxmayaraq çalışmışam ki, hər iki sənəti dərindən öyrənim. Yenədə saza olan o bənzərsiz sevgim məni bir daha özünə cəlb eləyibdir.2015 -ci ildə Lider televizyasında keçirilən Aşıq müsabiqəsində iştirak etmişəm və final mərhələsinə yüksəlmişəm. 2016-cı ildə Aşıqlar birliyinə üzv seçilmişəm.Ancaq bu müddət ərzində mənə ən böyük ən laiqli dəyəri doğma elimiz obamız verib.Elə bu xalq məhəbbətilədə daha da həvəslənib bir sıra dövlət əhəmiyyətli konsertlərdə iştirak etmişəm.Həyatımda bir sıra dəyərli insanların böyük rolu olub.
Bunlardan ən çox diqqətin hiss etdiyim insanlar sırasında gözəl peşəkar aparıcılarımızdan olan Qorxmaz Tofiqoğlu və Aşıqlar birliyinin sədri qayğıkeş insan Məhərrəm Qasımlının böyük əvəzolunmaz xidmətləri olub və bu qayğının sayəsində milli telekanallarımız vastəsilə xalqımızın qarşısına çıxıb, doğma sənətimizi sənət sevər insanlara göstərmişik.Aşıqlar birliyinin nəzdində keçirilən bir neçə konsertlərdə çıxış etmişəm.2018-ci ilin mart ayının 19-da Mədəniyət Nazirliyimizin və Aşıqlar birliyinin göstərişilə beş ölkədə Türküyə,Bosniya,Makedonya Albanya,Balqarıstan respublikalarında qastrol səfərində olmuşam. Bu sevgi hissi günü gündən məni dahada bu sənətə bağlıyır. Bu xalq sevgisini görüb və özümü çox xoşbəxt hiss edirəm və sonda onu demək isdəyərdim nə yaxşıki elə mən həyatımı belə dəyərli bir xalq sənətinə bağlamışam ! "
Comentarios