top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

SALAHOV ƏZİM SADİQ OĞLU


Salahov Əzim Sadiq oğlu, 1955-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. O, 1971-ci ildə orta məktəbi bitirib, elə həmin ildə də Azərbaycan Dövlət Universitetinin geofizika fakültəsinə qəbul olmuşdur. 1976-cı ildə universiteti əla qiymətlərlə qurtarıb, “Faydalı qazıntıların geologiyası və kəşfiyyatı” üzrə mühəndis-geoloq ixtisası almışdır.

Ə.S.Salahov təyinatla Orenburq vilayətinin Baş geoloji idarəsində böyük texniki-geoloq vəzifəsində işləməyə başlamışdır. Dörd ildən sonra onu işləmək üçün Moskva vilayətinə göndərirlər. Orada böyük mühəndis geoloq vəzifəsində işləmiş, 1981-ci ildə Azərbaycana qayıtmişdır və Azərbaycan Elmlər Akademiyasının Geologiya İnistitutunda aspiranturaya daxil olmuşdur.

Ə.S.Salahov 1985-ci ildə aspiranturanı müvəfəqiyyətlə başa vurmuşdur. Aspiranturanı qurtaran il Azərbaycanda geologiyanın əsasını qoyanlardan biri, geologiya-mineralogiya elmləri doktoru, professor Rəşid Nəcəfqulu oğlu Abdullayevin rəhbərliyi ilə “Kürdəmir-Saatlı qravitasiya anomaliyasının maqmatik süxurlarının letrologiyası” mövzusunda dissertasiyasını müdafiə edib, geologiya-mineralogiya elimləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

Ə.S.Salahov institututda işləyə-işləyə, uzun müddət geologiya elmlərinin ən aktual problemlərinin və keçmiş SSRİ elm və texnika Komitəsi tərəfindən həyata keçirilən “Yer qabığının dərinlik qatlarının ifrat dərinlik quyuları və geofiziki üsullarla öyrənilməsi” probleminin həlli üzərində çalışmış və bilavasitə Saatlı ifrat dərinlik quyusunun kəsiyini öyrənən əsas tədqiqatçılardan biri olmuşdur.


Ə.S.Salahov dəfələrlə keçmiş SSRİ ərazisində Moska, Sank-Peterburq, Novosibirsk, Xabarovsk şəhərlərində keçirilmiş Ümumittifaq və Beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məqalələrlə çıxış etmişdir.


Eyni zamanda Əzim müəllim Ankara şəhərində keçirilmiş (1992) Beynəlqalq simpoziumunda geoloji mövzuda məruzə etmişdir. Onun bu simpoziumdakı çıxışı xarixi ölkələrdən gəlmiş iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.


Ə.S.Salahov Respublika və Beynəlxalq Konfrans və simpoziumlarda 25 elmi məruzə oxumuş və bu məruzələr müxtəlif elmi jurnallarda çap olunmuşdur.

Ə.S.Salahovun söylədiyi elmi məruzələrin bir neçə nümunəsini oxuculara çatdırırıq.


-“Dağarası Kür çökəkliyində və onun yan hissələrində Mezozoy vulkanizminin inkişafı” VNİİTİ-Moskva, 1991.

-Dağarası Kür çökəkliyinin mezozoy vulkanik süxurları. Daşkənd-1986.

-Kür çökəkliyinin Mezozoy, Maqmatik formasiyası. Novosibirsk, 1986.

-Kür çökəkliyinin yuxarı təbaşir kompleksi və onların mineragenezisi. Xabarovsk.1987.


Ə.S.Salahov hal- hazırda Azərbaycan geologiya İnstitutunda baş elmi işçi kimi elmi fəaliyyətini davam etdirir.


Evlidir, iki övladı var.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page