Quliyev Sabir Əli oğlu, 1940-cı ilin Novruz bayramı günü Kəlbəcər rayonunun Otaqlı kəndində, ziyalı ailəsində anadan olmuşdur. 1957-ci ildə Kəlbəcər qəsəbə orta məktəbini qızıl medalla qurtarmışdır. O, elə həmin il Azərbaycan Politexnik İnstitutuna daxil olub. 1962-ci ildə institu fərqlənmə diplomu ilə qurtarmışdır. Təyinatla Bakı Kondisonerlər Zavoduna baş texnoloq olaraq göndərilmişdir.
S.Ə.Quliyev 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda aspiranturaya qəbul olur. 1971-ci ildə Moskvada “Deşiklərlə zəiflədilmiş lövhələrin gərginliklərinin tapılmasının bəzi məsələləri” mövzusunda dissertasiya müdafiə edib. Texniki elmlər namizədi alimlik dərəcəsinə laiq görülmüşdür. Dissertasiyada isbat olunur ki, əgər cismin daxili boşluğunda yaranan təzyiqdən gərginliklər tapılarsa, həmin cismin xaricdən olacaq təzyiqdən gərginlik halını təzədən hesablamaq lazım deyil və əksinə. Bu sahədə Sabir Quliyev xüsusi düsturlar kəşf etmişdir. Ancaq Sabir müəllimin təklif etdiyi düsturla bu iş iki dəfə azaldılır.
1975-ci ildən o yeni yaradılmış Azərbaycan İnşaat İnstitunda “Nəzəri mexanika” kafedrasında işləyir. Əvvəlcə, baş müəllim, sonra dossent vəzifəsində işləyə-işləyə o, öz elmi axtarışlarını o vaxtkı SSRİ EA-nın Mexanikanın Problemləri İnstitunda məşhur sovet alimi A.İ.Şermanın rəhbərliyi altında davam etdirir.
1988-ci ilin mayın 17-də Moskva şəhərində Quliyev Sabir “Mürəkkəb həndəsəyə malik iki ölçülü cismlərin gərginlik vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Qısa bir müddətdə doktorluq dissertasiyaları üçün nadir bir halda SSRİ Ali Attestasiya komissiyasının təsdiqini alır. Dissertasiya işinin nəticələrini qeyd etməzdən əvvəl onu demək lazımdır ki, müdafiə şurasının sədri erməni R.A.Xaçumov və institun fənn kafedrasının müdiri Q.S.Vardanyan eləcədə daha iki erməni alimləri bütün cəhdlərinə, açıq-aşkar mane olmalarına baxmayaraq, şuranın səs verməsi 13:5 nisbətində olmuşdur. Müdafiə qurtarıb səs vermədən sonra, Quliyev bir-bir şura üzvlərinə yaxınlaşıb öz təşəkkürünü
bildirir, həmçini erməni alimlərinə də. Quliyev Sabirin doktorluq dissertasiyasına 83 elmi ünvandan yüksək rəy verilmişdir. Onun dissertasiyasında elm aləmində ilk dəfə düz xətli çatlara malik oblastların vahid çevrə ətrafında inikas funksiyaları tapılmışdır. İxtisasçılar bilirlər ki, akademik Musxelişvili öz kitabında dəfələrlə qeyd edir ki, əgər hər hansı oblast üçün inikas funksiya tapılıbsa, həmin oblast üçün elektiriklik nəzəriyyəsinin istənilən məsələsi həll olunmuş sayıla bilər. Ona görə də, Quliyevin tapdığı çoxlu sayda inikas funksiyası elastiklik nəzəriyyəsi məsələlərinin həllinə fundamental tövsiyyədir.
Hamıya məlumdur ki, Rusiya aviasiyasının atası adlandırılan Jukovski özünün tapdığı bir a-v düz xətti parçasının vahid çevrə ətrafında inikası funksiyası ilə böyük şöhrətə malik olub.
Azərbaycanlı və Kəlbəcər rayon sakini Quliyev Sabirin tapdığı funksiyası
istənilən mürəkkəb konturların inikasI funksiyası görünür. Beləliklə, Azərbaycan alimi Quliyev Sabir məşhur sovet alimi və öz rəhbəri olan D.İ.Şermanın köməkçi funksiyalar metodunu genişləndirib inkişaf etdirmişdir.
Qeyd etmək lazımdır ki, Quliyevin dissertasiya müdafiə protokolunun bir nüsxəsini oxuyan hər kəs elmi araşdırmaların məzmunu və onun müəllifi haqqında ətraflı məlumata malik olar. Bu barədə respublikanın dövrü mətbuatında çoxlu məqalələr çap olunmuşdur.
“Müdafiə və ya bir doktorluq dissertasiyasının tarixçəsi”. Azərbaycan gəncləri 31 yanvar 1989.
“Azərbaycandakı alimin uğuru” Azərbaycan gəncləri 4 yanvar 1992.
“Zirvənin daşlı yolları” Azərbaycan gəncləri 7 avqust 1992. Quliyev Sabirin 1991-ci ildə “Elastiklik nəzəriyyəsinin ikiölçülü məsələləri” adlı kitabı Moskvada çap olunmuşdur. Kitabda ilkin olaraq bir sıra mexaniki və nəzəri mülahizələr şərh edilmişdir.
1994-cü ildə ali məktəb tələbələri üçün “Nəzəri mexanikanın qısa kursu” adlı dərs kitabı gənc nəslə professor Sabirin əvəzsiz tövhəsidir.1995-ci ildə professor Quliyevin “Konfort inikas funksiyası” elmi kitabı nəşr olunmuşdur. Burada elm aləmində məhz professor Quliyev tərəfindən tapılan konfort inikas funksiyalarının ciddi riyazi əməliyyatlar nəticəsində alınma yolları şərh edilir.
Bundan başqa professor Quliyev nəzəri mexanikanın bütün bölmələri: statistika, kinematika və dinamika bölmələri üzrə 5 kitab da yazaraq çap etdirmişdir. Quliyevin elmi əsərləri keçmiş SSRİ-də indiki Rusiya Federasiyasının Elmlər Akademiyasının mötəbər elmi jurnalları olan “ MTT” və “PMM” jurnallarında, Ukrayna Respublikasının Elmlər Akademiyası “PM” jurnalında, Azərbaycan Respublikasının Elmlər Akademiyasının “Xəbərlər” və “Məruzələr” jurnallarında həmçinin bir çox xarici ölkələrin mətbuatında işıqlandırılmışdır.
Professor S.Ə.Quliyev 1998-ci ildə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan dilində “Elastiklik nəzəriyyəsi” kitabını nəşr etdirmişdir. Professor S.Ə.Quliyev 1993-cü ildən Azərbaycan Milli Yaradıcılıq Akademiyasına üzv seçilmişdir. O, indi də yorulmadan çalışır, elastiklik nəzəriyyəsinin yeni-yeni məsələlərinin həlli yollarını axtarır.
Comments