"Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur" ümummili lider Heydər Əliyevin bu deyimi hər zaman öz aktuallığını qorumaqdadır. Kəlbəcər rayonu üzrə 73 nəfər elmlər doktoru və professor vardır.Bu say köhnə statistikaya aiddir.İndiki zamanda ölkəmizdə bir sıra elmi fəaliyyətlə məşğul olan Kəlbəcərli ziyalılarımız,gənclərimiz vardır ki,bunu da bir lahiyə olaraq zamanla saytmızda işıqlandırıb həmin gənclərimizi sizlərlə tanış edəcəyik.İndi haqqında danışılacaq gəncimiz barədə məlumatı daha ətraflı sizə təqdim edirik.Qabil tək təhsili,aldığı biliklərə görə deyil,həmdə yüksək insani keyfiyyətlərinə görə hər zaman nümunə olunacaq gənclərimizdəndir. Rzayev Qabil Abdulla oğlu 11.04.1979-cu ildə Kəlbəcər r-n Otaxlı kəndində anadan olub. 1993-cü il məcburi köçkünlükdən sonra Gəncə şəhərində məskunlaşmışlar.
1996-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasına (indiki ADNSU) qəbul olmuş, 2002-ci ildə magist dərəcəsini Neft-qaz mühəndisliyi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildən gənc mütəxəssis okimi ARDNŞ-nin xüsusi əmri ilə gənc mütəxəssis kimi "Neft Daşları" Dənizdə qazma İşləri İdarəsində qazmaçı-köməkçisi kimi işə başlamış və Qazma ustasi vəzifəsinə qədər muxtəlif vəzifələrdə işləmişdir. 2003-2005 illərdə HHQ və HHMQ komandanlığında zabit kimi hərbi xidmət gostərmişdir. (hazirda - ehtiyatda olan Baş Leytenant). 2009-2017-ci illərdə fəliyyətini SOCAR-AQŞ şirkətində qazma ustası, Baş qazma ustası və Qurgu rəisi kimi müxtəlif rəhbər vəzifələrdə davam etdirmişdir. Hazirda Easydrill LLC-də "Quyuların maili qazilması mütəxəssisi" kimi fəaliyyətini davam etdirir.
2016-cı idən Texnika üzrə fəlsəfə doktoru elmi dərəcinə malikdir. ailəlidir. 2 övladı var.
Commentaires