top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Qənbər Qurbanovdan Prezidentə məktub


Möhtərəm cənab Prezident.

2020-ci ilin 27 sentyabrından başlayaraq cəbhənin müxtəlif istiqamətlərindən hücuma keçən mənfur qonşularımızın çirkin niyyətlərinin qarşısısının Sizin Ali Baş Komandan kimi müdrik qərarlarınız, qətiyyətli tapşırıqlarınızla şanlı ordumuz tərəfindən alınması və əks hücum əməliyyatlarına başlayan silahlı qüvvələrimizin 30 ilə yaxındır ki, işğal altında olan tarixi ərazilərimizin bir hissəsini azad etməsi xəbərini xalqımız böyük ruh yüksəkliyi və rəğbətlə qarşılayır. Əzəli torpalarımızda yenidən və əbədi olaraq üçrəngli bayrağımızın dalğalanmasının bizdə yaratdığı hissləri sözlərlərlə ifadə etmək mümkün deyil.


Cənab Prezident, müstəqil Azəbaycanımızın qurucusu, ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizin adınız dünya diplomatiyasının səhifələrinə qüdrətli siyasətçi kimi qızıl hərflərlə çoxdan yazılıb. Bu gün Sizin rəhbərliyinizlə Qarabağ uğrunda uğurlu döyüş əməliyyatlarının aparılması, əldə edilən qələbələr onu deməyə əsas verir ki, xalqımızın şərəfli tarixinə yeni, parlaq səhifələrin yazıldığı bu günlərdə Sizin adınız dünya hərb tarixinə də mahir sərkərdə kimi böyük hərflərlə yazılır.


Ulu öndərimiz Heydər Əliyevin və Sizin uzun illər bu münaqişənin həlli üçün apardığınız diplomatik mübarizə, bu müddət ərzində iqtisadiyyatımızın güclənməsi, ölkədə yaradılan sarsılmaz xalq-iqtidar birliyi bu gün Azərbaycan dövlətinin imkanlarını hədsiz dərəcədə artırmışdır. Məhz bu müdrik siyasətin nəticəsidir ki, bu günkü həssas məqamda Azərbaycan dövləti dost və tərəfdaş ölkələrdən, dünya birliyindən ciddi siyasi dəstək alır. Qarabağ məsələsində mövcud vəziyyətin dözülməzliyi şəraitində Sizin sərkərdəliyinizlə əks hücum əməliyyatlarının başlanmasını xalqımız müdrik, ardıcıl, cəsarətli qərar kimi alqışlayır. Ordumuzun şəxsi heyətinin ruh yüksəkliyi, on minlərlə vətəndaşımızın səfərbərlik xidmətinə könüllü olaraq müraciət etməsi, arxa cəbhənin ön cəbhə ilə nəfəs alması Sizin bu ədalətli qərarınızın hər bir Azərbaycanlı tərəfindən qətiyyətlə dəstəklənməsinin isbatıdır.


İnanırıq ki, 2016-cı ilin aprel zəfərindən, 2020-ci ilin Tovuz döyüşlərindən güc alan şanlı ordumuz ən yaxın müddətdə işğal altında olan torpalarımızı son qarşınadək azad edəcək, Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə və işğal altında olan bütün dədə-baba yurdlarımızda üçrəngli bayrağınmız əbədi dalğalanacaqdır.


Möhtərəm Prezident, ona da ürəkdən inanıram ki, mən də bu yaşımda nəvələrimlə birlikdə Sizin sərkərdəliyinizlə bu günlərdə işğaldan azad olunan Murov zirvəsindən aşaraq doğulduğum yurd-yuvaya qayıdacağam, ata-babalarımın məzarını ziyarət edəcəyəm.

Mən bir ağsaqqal kimi, bu şanlı döyüşlər zamanı şəhid olan övladlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm. Eyni zamanda bir ağsaqqal kimi düşmənlə üz-üzə dayanan əsgərlərimizə xeyir-dualarımı yollayıram.


Möhtərəm cənab Prezident, Kəlbəcər rayon ictimaiyyəti adından dərin hörmət və ehtiramla, bir daha əmin olun ki, xalqımız Sizinlədir, hər zaman qüdrətli dövlətimizin və onun rəhbərinin yanındadır. Tanrı Sizi qorusun. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!


Hörmətlə,

Qənbər Qurbanov

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page