top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

"Qəbrinin üstündə palıd göyərməz"-Nəsib NƏBİOĞLU



Sevimli şairimiz Məmməd Aslanın əziz xatirəsinə. Torpağa bilmirəm, daşa bilmirəm - Ömrümüz harasa yazılı qalar. Mənim məzarımdan palıd göyərər, - Qolları havadan asılı qalar. Məmməd Aslan Palıdın min dərdi, min acısı var. Dərdi var aləmi yandırar, yaxar. Palıdın başında şimşək oynayar, Palıdın başına ildırım çaxar. Sənin məzarından palıd göyərsə, Orda da heyrətin üzündə qalar. Əllərin havadan asılı qasa, Arzu-istəklərin gözündə qalar! Qəbrinin üstündə min çiçək bitər, Qəbrinin üstündə palıd göyərməz. Desəm palıd bitməz qəbrinin üstə, Vallah ruhun küsməz, ruhun inciməz! Sənin kəlmələrin şəhdli-şirəli, Könül oxşayardı, göz oxşayardı. Elə toxuyurdun söz ilməsini, Hər sözdə bir hikmət, bir məna vardı.

Bənzərsiz qəm dolu misralarından,

Dan yeri sökülür, al səhər düşür. Hansı şeirinə baxıram, Ustad, Ordan allı-güllü Kəlbəcər düşür! Sənin yoxluğundan bezər təbiət, Əsir dağlarının sorağı yoxsa. Qəbrinin üctündə palıd göyərməz, Bir ovuc Kəlbəcər torpağı yoxsa. Qanad açasıydın Hərzəqayadan, Tərtər tək,Tutğu tək çağlayasıydın. Kəlbəcər dərdini unudub, Ustad, Sevincdən kövrəlib ağlayasıydın. Tənha yaratmışdı yaradan səni, Sevən könüllərə yazıldı adın. Axır Xırdalana pənah gətirdin, Özün bir dəfə də xırdalanmadın. Bilmədik zamanə üzüdönükmüş, Dağların yasını saxladın, Ustad! Bizi dərdimizlə baş-başa qoyub, Sən də bir tərəfdən dağladın, Ustad. Kəsildi yolumuz , cığırlarımız, Güllü yaylaqlara qaldıq tamarzı. Nadan müdriklərə dərs deyir, Ustad, “Yox olan susdurur var olan ağzı”! Ah çəkdin ki,”ağla qərənfil, ağla”, Çiçəklər sozala-sozala qaldı. Kəlbəcər nisgili köksünün altda, Əlin Dəlidağa uzalı qaldı. Qəribəydi küsüb-barışmağın da, Deyərdim haqqın var, ərk elə, Ustad. Deyərdim dağlara qoşa yollanaq, Demədim ki, bizi tərk elə, Ustad. Çin-çin olasıydı pak arzuların, Yurduna, elinə qovuşasıydın. Qalxıb Dəlidağın zirvələrinə, Ürəkdən sevinib söz qoşasıydın. İlahi, qismətə, taleyə bir bax, Bir el pərən-pərən, dərbədər oldu. Bakıda bir qaçqın qəbristanlığı, Dönüb başdan-başa Kəlbəcər oldu! Yolunu gözləyər həsrət içində, Tərtər ağı deyər,Tutqu inləyər. Gömüldün bir qaçqın məzarlığına, Dedin darıxmasın kəlbəcərlilər! Nəsib NƏBİOĞLU

(Moskva, 02.11. 2015)

Komentáře


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page