top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

QÜRBƏT DUYĞULARI


QÜRBƏT DUYĞULARI


Nəsib Nəbioğlu. Moskvada yaşayır. Şairdir. Azərbaycan Yazıçılar Birliyinin Moskva filialının rəhbəridir. Azərbaycan və rus dillərində neçə şeir kitabı işıq üzü görüb. Şeirlərini mətbuatda izləsəm də, şəxsi tanışlığım yox idi. Bu yaxınlarda tanış olduq. Şeir kitablarını mənə hədiyyə verdi. Əslən Kəlbəcərlidir və şeirlərində Kəlbəcər həsrətini, yurd yanğısını görürəm. Oğlu Nəbiyə yazdığı şeirdə deyir ki: Mənə divan tutur dərdi dağların, Qoy boğub üzməsin bu qəhər səni. Buralar bizlərin yurdu deyilmiş Haraya çağırır Kəlbəcər səni. Yurdumuz-yuvamız qaldı yadlara, Düşmən at oynadır belədən belə. Yağılar əlində talanır dağlar Düşmən divan tutur çiçəyə-gülə. Qan ilə sulandı ata yurdumuz, Sinəmizi sipər edə bilmədik. Qoruya bilmədik dağları, oğlum, Dağlar harayına gedə bilmədik. Bu şeirin ilk altı bəndi beləcə küskün, nostalji duyğularla iç-içə, hətta sızıltılı misralarla doludur. Amma sonra şeirin ritmi, ahəngi dəyişir, nikbin misralar gəlir. Ümidsizliyi ümid, inam çalarları əvəz edir: Dağlara birlikdə gedəsiyik biz, Ay oğul, sən mənim yaşıma baxma. Qürbətin verdiyi hədiyyələrdi Nisgildən ağarmış başıma baxma. Hələ təpərim var, hələ gücüm var, Hələ canımdadır dağlar havası. Çətində əlini üzmə əlimdən, Qalıb Kəlbəcərin qisas davası. Qəlbində boy atdı Vətən sevgisi Öpüb əzizlədim bu səhər səni. Qisas zəmanəsi gəlibdi, oğlum, Haraya çağırır Kəlbəcər səni. Moskvada yaşayan bir həmyerlimizin qürbət duyğuları ilə yaşaması təbiidir. Onun Məmməd İsmayıla ünvanladığı bir şeir də bu duyğuların poetik ifadəsi kimi diqqəti cəlb edir: Nə işimiz var ki, qərib ölkədə, Bizim ki qəlbimiz qəfəsə sığmaz. Qərib şairlərin günü boran, qar, Başına bir sevinc yağışı yağmaz. Günü ayrı düşür Günəş nurundan, Qəm-kədər ələnər yolları üstə. Özü yola salar öz tabutunu, Vətənə uzanan qolları üstə. De, kimlərin ahı tutubdu bizi, Kimin qarğışına keçmişik, Məmməd? Ağlımızmı çaşıb, qərib ölkəni, Özümüzə Vətən seçmişik, Məmməd? Əlbəttə, bu şeirə istinad edib onu Moskvanı - dünyanın ən gözəl şəhərlərindən birini bəyənməmək kimi anlamaq olmaz. Sadəcə, insan öz doğma yurdundan, Vətənindən ayrı düşəndə, onda qəriblik duyğuları baş qaldırmaya bilməz. ("Aləm cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ"). Ümumiyyətlə, Kəlbəcər həsrəti Nəsibin şeirlərində ayrıca, müstəqil bir xətt təşkil edir. "Analı kəndimiz girir yuxuma", "Murov" və s. şeirlər DƏRDİN POEZİYASINI yaradan şeirlərdəndir. Həsrətin əlində qovrulur içim, Amansız sədləri mən necə keçim? Kədər yığın-yığın, dərd biçim-biçim, Amarıb gedirəm şələmi, dağlar. Gözümdə yox olub şöhrət də, var da, Arzularım donub boranda, qarda. Necə deyirsən ki, qürbət diyarda Nəsib Kəlbəcərsiz öləmi, dağlar? Nəsibin sevgi şeirləri haqqında da ayrıca söz açmaq olar. Bu şeirlər yaşanılan, duyulan hisslərdən yoğrulur. İlk gənclik xatirələrinin nostaljisidir. Əsl məhəbbətin, əsl sevginin Anladım həyatın mənası nədir. İllər ötüşsə də, ilər keçsə də, Bir həsrət qəlbimi hələ göynədir. Nəsib Nəbioğlu bütün varlığı ilə Azərbaycana bağlıdır və şeirlərində də Azərbaycançılıq, yurdsevərlik duyğularını tərənnüm edir. "Sənə əhsən deyirəm, Azərbaycan əsgəri", "Azərbaycan bayrağı", "Ayrılmasın könül candan", "Vətən, köynəyindən gəl keçir bizi", "Hələ ki, borcumu verə bilmirəm" və s. şeirlərində biz bunun əyani şahidi oluruq. Təkcə seçdiyi, müraciət etdiyi mövzularda deyil, şeirlərində də Vətən poeziyasının havası, rayihəsi duyulur. Bütün şeirləri heca vəzinindədir və bu şeirlərdə milli poeziyamızın ölçü-biçiləri, bədii təsvir arsenalı ilə qarşılaşırıq. Onun "Murov" şeiri ən gözəl qoşmalarından biridir və bu şeirdə Murovun təbii gözəllikləri ilə yanaşı, bir həsrət, bir nisgil də diqqəti cəlb edir. Göz dikmişəm qüzeyinə səhərdən, Xəbərin yox sinəmdəki qəhərdən, Bir xəbər ver Dəlidağdan-şöhərdən, Nisgilimi qıyma-qıyma sök, Murov! İstəyirəm hava alam bir udum, Kömək elə ağrıları unudum, Qürbət eldə bu həsrətdən qurudum, Yollarımdan dumanını çək, Murov! Qoy dırmanım bu yoxuşu təzədən, Nəzmə çəkim o baxışı təzədən, Seyr eyləyim Qızılquşu təzədən, Ətəyindən gəl daşını tök, Murov! Gətirmədi neynək baxtı Nəsibin, Qəmdən yeyib, gözü toxdu Nəsibin, Yeri-yurdu daha yoxdu Nəsibin, Zirvədəki ağ buludu bük, Murov! Bu kiçik yazıda mən Nəsib Nəbioğlunun çox şeirlərindən söz aça bilmədim. Moskvada "İnqilab" metrosunda it heykəli ilə bağlı ictimai məzmunlu maraqlı bir şeiri, "Məni qoymadılar şair olmağa", Baloğlan Cəlilin "Bənövşə" şeirinə yazdığı nəzirəni, Vaqif Səmədoğluya həsr etdiyi "Bu şair", "Evimizdə bir xəncər var" kimi milli-mənəvi duyğuların ifadəsi olan şeir haqqında söz aça bilərdim. Amma "görünən kəndə nə bələdlik" deyirəm və Moskvada yaşayan həmyerlimizə-şair qardaşımıza yaradıcılıq uğurları, könül xoşluğu arzulamaqla sözümü bitirirəm. 


Vaqif YUSİFLİ (filologiya elmləri doktoru)

"ƏDALƏT" qəzeti.-2017.-11 noyabr.-S.15


Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page