Qoyma bizi yana-yana bənövşə Bilirəm küsmüsən taledən, baxdan, Neyləyim əzəldən boynuburuqsan. Sən də mənim kimi qəlbi qırıqsan. Neyləyim əzəldən elə beləsən. Bu qarda, boranda görünmə gözə, Bu mehr küləyi deyil biləsən, Yoxsa dilə tutub mələklər səni. Köksündə buz olar xatirələr də, Üşüdər qış vaxtı küləklər səni! Həsrətin od vurar yandırar məni, Əyilib gözünün şehini silləm Suleyman quşların dilini bildi, Mən də çiçəklərini dilini billəm! Könlünü alaram tələm-tələsik, Səni şeirimlə dindirəsiyəm. Mələyə çevrilib göylərə qalxsan, Səsıləyib göylərdən endirəsiyəm. Qəmli olanları yığma başına, Yoxsa tərpənməyə yer olmaz orda. Şaxtada, boranda çıxma qarşıma, Axı kim gələcək gələn baharda. Gizlən həmdəmini tapıb gələrsən, Diksinib, titrəyib, soyubdu könlüm. Sənin bu hayalı baxışlarından Mat qalıb quruyub, donubdu könlüm! Haqqın ətəyinə yetəndə əlin Qəzəblər itəndə, kinlər itəndə Onların yerinə sevinc bitəndə. Kəlbəcər deyilən əsir yurdumda, Qayıdıb gələrsən qarşıma mənim. Dağlar həsrətimi, dağlar dərdimi, İnsaf et, ələmə başıma mənim! Qaçıb gizlənməyə yerin yoxdumu? Keçmə əllərinə özgənin, yadın. Yoxsa bir kol dibi qalmayıb daha, Yoxsa gizlənməyə bir yer tapmadın? Dağdakı lalələr gələr yanına, Onda sona yetər əfsanələrdə. Sənin də köksünün azalar dərdi, Onda birdəfəlik bitər həsrətim. Sənin sinən altda bir nalə, bir ah, Mənimsə qəlbimdə ilk məhəbbətim. Üfüqdən süzülən işığa uyma, Belə duruşunla ağrıyar başın, Ümidlər, işıqlar bir yol tapacaq, Əriyib itəcək qorxu-təlaşın. Aldanma ötəri ana, bənövşə! Dillən bir məni də qına bənövşə, Qoyma bizi yana-yana bənövşə.
Nəsib NƏBİOĞLU
コメント