top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

QİSMƏTİN ŞƏHİDLİK PAYI


Milli Qəhrəmanlarımız QİSMƏTİN ŞƏHİDLİK PAYI


-Kimdi o qisməti şəhidlik payı olan?! -Azərbaycanın Milli Qəhrəmanı Sərdar Mədət oğlu Səfərov! -Hə, tanıdım, atası Mədət əmi də 1941-45-ci illər müharibəsində ağır döyüşlərdən çıxıb evə salamat qayıtmışdı, sovet hökuməti də sinəsini doldurmuşdu orden-medallarla... Bu sətirlər 1991-ci ilin oktyabr ayında Kəlbəcər dərd dər-yasında boğulanda yazılıb. Guya, şəhid bacılarına bir təsəlli vermək istəyirmişəm. Amma hardaydı o təsəlli. Sərdar kimi qardaş itirən bacılar təsəlli taparlar ki?... Əvvəllər tez-tez “dörd ilin” yaxasından tutub nifrimizi tökərdik üstünə. Guya ki, ermənilər dörd ildir başımıza oyun açırlar. İllərin nə günahı? Axı, qara libaslı bu ulləri qaraya bükənlər var. Bu bəlaya düçar olan təkcə bugünkü nəsil deyil, nəsillərimizdir... Bu qara xəbəri Kəlbəcərə əsən yellərmi, bu yerlərdən düş-mən güləsinin vəhşi səslərindən perik düşmüş quşlarmı yetirdi dilləri-ağızları qurusun. Axı, Sərdardan belə ağır xəbər gözləmirdik. Gəlmişdi ki, sərhədlərimizdə erməni quldurlarının payını versin, torpağımızı qorusun... Uzun illərin ayrılığına dözməyən beş bacının göz yaşlarını silməyə bir qardaşı intizardan xilas eləməyə gələrkən onlara dərdmi gətirirdi? Qardaşsızlıq dərdinə dözməyən qardaşın Məhəmmədi, bacıların Pərini, Həqiqəti, Gülnazı, Səadəti, Arzunu qardaşsız qoymağamı tələsirdin, Sərdar?! Yoxsa Vətən uğrunda şəhidlik payın səni tələsdirdi dağlara?! Sentyabrın 25-də (1991-ci il) radio ilə verilən bu ağır xəbəri eşidən bacılar, inandınızmı?! ...Bu da Sərdarın ata evi. Çoxdandır ki, bu həyətdə Sərdarın səsi, nəfəsi yoxdur. Çoxdandır ki, bu həyət Sərdarın ayaq izlərinə həsrətdir. Amma daş-divar onun səsini saxlayıb. Meyvəsi üstündə saralan ağacların budaqları, yarpaqları onun əl izlərini özündən xəbərsiz “gizləyib”. Saxlana bilməyən Sərdarın danışığı, yerişi, duruşudu. Ona görə bu həyət-baca qan ağlayır, səsini, nəfəsini istəyir Sərdarın. “Mübariz keşikdə” qəzetinin 29 oktyabr 1992-ci il tarixli sa-yında Sərdarın Milli Qəhrəman adına layiq görülməsi barədə Azərbaycan Prezidentinin Fərmanı var. Orada deyilir: “Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdikləri şəxsi igidlik və şücaətə görə Azəbaycan Respublikasının Daxili İşlər orqanlarının aşağıdakı əməkdaşlarına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra) Səfərov Sərdar Mədət oğlu...” Qəzetin 2-ci səhifəsində Sərdar Mədət oğlu Səfərovun şəkli və olduğca xırda (kiçik) bir yazı da var. Nə olasıydı ki? Nə yaşadı, nə uzun ömrü oldu ki, ətraflı da yazısı olsun... Əziz xatirəsindən, bir də özündən sonra dünyaya göz açan körpəsi – Sərdarədən başqa bir yadigarı qaldısa, o da qəhrəmanlığı oldu. Tərcümeyihalından oxuyuruq ki, polis leytenantı Sərdar Mə-dət oğlu Səfərov 1960-cı ildə Kəlbəcər şəhərində anadan olub. 1977-ci ildə şəhər orta məktəbini bitirib. Sonra kolxozda işləyib (o zamanlar ali məktəblərə qəbul olmaq üçün hökmən təsərrüfatda işləməli və iş stajı ilə sənəd verməliydin). 1979-cu ildən 1981-ci ilədək əsgəri xidmətdə olub Qayıtdıqdan sonra da Bakı Avtomobillər Zavodunda işə girib. Arzusu milis işçisi olmaq idi. Bu arzunun qanadlarında da üz tutdu Rusiyaya. İlk dəfə Tula vilayətinin Zaoksk şəhəri DİŞ-də milis nəfəri kimi fəaliyyətə başladı. Təhsilini davam etdirmək üçün Kaunas Xüsusi Orta Milis Məktəbinə göndərildi. 1987-ci ildə həmin məktəbi bitirib köhnə iş yerinə qayıtdı və orada milis sahə müvəkkili işlədi. 1991-ci ildə doğma Vətəni Azərbaycana qayıdan Sərdar Qusar rayon DİŞ-nə sərəncam aldı. Orada da sahə müvəkkili kimi fəaliyyətini davam etdirdi. Bundan sonra Sərdar haqqında rəsmi dildə danışmaq gü-nahdı. Gərək sinəsi qardaş dağı ilə dağlanan Gülnazı danış-dıraydım ki, Sərdarın yazısını yaza biləydim. Erkən itirdiyi anasına əlim çatmadı, amma gərək Pəri bacısını tapıb sizinlə dərdləşdirəydim. Onda görərdiniz ki, qardaş dağı nədi. 1991-ci ilin sentyabr ayının 25-də Əsgəran rayonunun əra-zisində erməni terrorçuları “QAZ-53” markalı sərnişin avtobusuna hücum etmişdilər. Hadisə yerinə gələn istintaq-əməliyyat qrupunun tərkibində Qarabağa könüllü ezam olunmuş Sərdar da vardı. Hadisə yerindən qayıdarkən Xankəndi şəhəri yaxınlığında həmin qrupun getdiyi “UAZ” markalı avtomobil erməni silahlı quldur dəstəsi tərəfindən təcavüzə məruz qaldı. Qəhrəmanlıqla müqavimət göstərən Sərdar da yeddi yerindən güllə yarası aldı. Dözümlü olsa da, son nəfəsi doğmalarına çatmadı. Sərdar torpaq, qeyrət uğrunda şəhid getdi - qismətinə yazılan payı aldı. Qardaşa, bacıya acı olan bu pay Sərdara şirin gəlirdi. Özü getdi ki, şirin xatirələri və bir də şərəfli şəhid adı yaşasın! 

QARA HAŞİYƏLİ SONLUQ

Bura qədər mən Sərdarın ata yurdunda gördüklərim və şahidi olduqlarımı qələmə almağa çalışmışdım. Nə yazıqlar ki, oxucuların sevə-sevə oxuduğu yazıların müəllifinin ilk kitabı şəhidlik mövzusuna həsr edildi- "DAĞLARIN SİNƏ DAĞI". Bəli, hələ Kəlbəcərin dözüb-dayandığı, kəlbəcərlilərin bu ulu yurdu göz bəbəyi kimi qoruyub uğrunda şəhid olduğu günlərdə qələmə almışdım. O zaman Sərdar Səfərovun qardaş-bacısı, ata-anası... dost-doğmaları, qohum-qonşuları... ehhh... hamısı sağ-salamat idi. Bu gün onlardan səs-soraq yoxdur. Gidi dünya, kmləri aparmadın ki... Sərdar Səfərov haqqında bu yazı gözlərimdə həm müqəddəs Quran ayəsinə döndü, həm də Kəlbəcərdə yazıldığı üçün o zülmət gecələri xatırlatdı mənə... Sərdar Səfərovun ruhuna bağışladığım bu yazının davamını, bir qədər də yeni variantda "YENİLİK PRESS" qəzetində oxuya biləcəksiz. Qəzetimizi izləyin, əziz dostlar... Allah rəhmət eləsin Milli Qəhrəmanımıza və mənim şəhid ünvanlı doğmalarıma... Milli Qərəmanın anım gününü təşkil edən "Aşıq Şəmşir" Mədəniyyət Ocağının rəhbərliyinə, eləcə də Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına, onun sədrinə - şəxsən dostum, Milli Məclisin üzvü Azay Qiliyevə dərin təşəkkürümü bildirirəm. Məhəmməd Nərimanoğlu


Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page