Noyabrın 22-si Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycanlı professor, Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin rəhbəri Vidadi Salahovun anım mərasimi keçirilmişdir. Anım mərasimində dövlət rəsmiləri,ictimai-siyasi xadimlər,professsorlar iştirak etmişdir.
Qeyd edək ki, Vidadi Koroğlu oğlu Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub.1978-1983-cu illərdə Voronej Dovlət Universitetində təhsil alıb. Tarix üzrə fəlsəfə doktorudur.1983-1987-ci illərdə Astanada (keçmiş Tselinoqradda) 23 saylı orta məktəbin tarix muəllimi kimi fəaliyyətini davam etdirib.
Beynəlxalq Ekologiya və Energetika Akademiyasının müxbir üzvüdür. 1987-1992-ci illərdə Kemerovo vilayəti Tastaqol rayon Kondama kəndinin orta məktəbində tarix muəllimi kimi işləyib. 1994-1997-ci illərdə Akmola vilayətinin Tselinoqrad rayonunun “Priziv”, 1997-2004-cu illərdə “Akmola” Astana şəhərində fəaliyyət gostərən “Azamat”, “Times” kimi mətbu orqanlarda müxbir kimi çalışıb. 2004-cu ildən “Turan-exspress” qəzetinin baş redaktorudur. Qazaxıstanda Azərbaycan diasporunun formalaşmasında xüsusi rolu olub. 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunub. Qazaxıstan tərəfindən də bir neçə mükafatlara layiq görülüb. Ailəli idi.
Vidadi Salahov 14 oktyabr 2018-ci il tarixdə haqqin dərgahına qovuşmuşdur. Allah rəhmət eləsin!
Comments