İşğaldan azad edilmiş ərazilərin bərpası üçün 2 milyard 178,4 milyon manat xərclənib.
Kalbajar.com xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında əks olunub.
Hesabata görə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində 2 milyard 200 milyon manat vəsait nəzərdə tutulmuşdu. Ayrılan vəsaitin 99 faiz-i icra olunub və beləliklə, ərazilərin bərpasına 2 milyard 178,4 milyon manat xərclənib.
Comments