Mayın əvvəlində Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfər edib. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Ağdam, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Füzuli və Şuşada olublar. Səfər zamanı Prezident Şərqi Zəngəzur və Qarabağda 10-dan çox kəndin təməlini qoyub, eyni zamanda bir sıra açılış mərasimlərində iştirak edib.
Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov isə qeyd edib ki, cənab Prezidentin istər işğaldan azad olunmuş, istərsə də digər bölgələrimizə səfərləri mütəmadi xarakter daşıyır.
"İşlərinin çoxluğuna baxmayaraq, ardıcıl olaraq həm xarici, həm də ölkə daxili bölgələrə səfər edir. Belə səfərlər həmin bölgələrin inkişafına müsbət təsir göstərəcək amillərdən biridir. Prezidentimizin verdiyi tapşırıqlara, dövlət proqramı çərçivəsində qəbul olunmuş işlərin icrasına birbaşa özünün nəzarəti, işlərin icra mexanizminə baxışı və orada müəyyən tapşırıqların verilməsi onu göstərir ki, ölkə başçısı verdiyi tapşırırqların necə və nə cür, hansı keyfiyyətdə yerinə yetirilməsilə maraqlanır və həmin işlərin daha yüksək stimulla başa çatmasına böyük təkan verir”.
Aqil Məmmədov Prezidentin Qarabağdan verdiyi mesajlara da toxunub:
“Görülən işlər, səsləndirilən fikilər dünya ictimaiyyətinə mesajdır. Dünya görsün ki, Azərbaycan güclü iqtisadiyyata və siyasi iradəyə malikdir. Ölkəmiz müharibədən çıxmasına baxmayaraq, işğaldan azad olunmuş bölgələrimizdə tikinti-quruculuq işləri sürətlə həyata keçirilir. Bölgələrin gələcək inkişafı üçün əlavə tapşırıqlar verilir. Bütün bunlar həmin bölgələrdə nəzərdə tutulmuş böyük layihələrin tezliklə icra olunması, keçmiş məcburi köçkünlərin tezliklə öz ata-baba yurdlarına qayıtması deməkdir”.
“İşğaldan azad olunmuş bölgələrimizdə infrastruktur müasir tələblərə cavab verən formada inşa edilir. Yeni iş yerləri yaradılır. Bütün infrastruktor elektron formada həyata keçirilir. Eyni zamanda Prezidentimiz qısa zaman ərzində Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Xocavənd, Hadruda səfəri zamanı 50-dən artıq böyük layihələrin tikintisi ilə tanış olub, təməlqoyma və açılış mərasimlərində iştirak edib. Bu, onu göstərir ki, Azərbaycan güclü iqtisadiyyata malikdir. Prezidentimiz ordu-quruculuq istiqamətində də mühüm addımlar atır. Ordumuz 2020-ci ildəki ordudan qat-qat güclü orduya malikdir. Bu da bütün dünyaya, eyni zamanda Ermənistana mesajdır. Bu gün regionda yanlız sülh şəraitində yaşamaq mümkündür.
Ölkə rəhbəri hansı bölgəyə səfər edirsə, orada inkişaf və dirçəliş olur. Onu da qeyd edim ki, Prezident işğaldan azad olunmuş bölgələrdən öncə Salyan və Neftçalaya da səfər etmişdi. Həm işğaldan azad olunmuş, həm də digər bölgələrimiz diqqətdən kənarda deyil. Hər bir bölgənin sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul olunmuş dövlət proqramı birbaşa cənab Prezidentin nəzarəti altındadır”, - deyə deputat sözlərini yekunlaşdırıb.
Modern.az
Comments