Paşayeva şəhid leytenantın atası ilə görüşdü - Foto Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Abşeron rayon, Mehdiabad qəsəbə sakini, şəhid leytenant Nicat Atayevin atası Habil Atayevlə görüşüb.
Qənirə Paşayeva şəhid zabitin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb.
Leytenant Nicat Atayevin Füzuli rayonu istiqamətində şəhid olduğunu, II Fəxri Xiyabanda dəfn edildiyini xatırladan millət vəkili xalqımızın Nicat kimi zabitlərimizlə hər zaman qürur duyacağını bildirib. Qeyd edib ki, Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nicat “Vətən uğrunda” medalı ilə təltif edilib.
“Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”, - millət vəkili qeyd edib.
Q.Paşayeva şəhid zabitin atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.
Axar.az
Comments