top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Oğlumun xəstəliyi başımı elə qatıb ki, ad günüm yadıma da düşmür



Şair, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü , "Qızıl qələm" mükafatı laureatı, əməkdar jurnalist Adil Cəmilin doğum günüdür. Adil Cəmil 1954-cü il oktyabrın 8-də Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olub.

Modern.az doğum günü münasibəti ilə şairlə əlaqə saxlayıb. A.Cəmil deyib ki, hazırda oğlunun səhhətindəki problemlər üzündən doğum günü əhval-ruhiyyəsində deyil:

“Bununla bağlı ictimaiyyətə müraciət etmişəm, donor axtarırıq ki, onun qaraciəyəri dəyişdirilsin. Başım oğluma qarışıb deyə heç dünyaya nə vaxt gəldiyimi, niiyə gəldiyimi dərk eləmək səviyyəsində, anlamında deyiləm. Hər halda həyat gözəldir, yaşamağa dəyər. Əsas odur ki, dünyaya gəlməyimə peşman deyiləm. Allah mənim atama, anama rəhmət eləsin. Valideynin insan həyatında Allahdan aşağıda yeri var. Nə qədər ki, valideyn sağdır, sənə həyat verən insana hörmət elə. Çünki həyat vermək göydə Allahın, yerdə valideynin işidir”.

Adil Cəmil deyib ki, o, bütün ömrünü Kəlbəcərlə yaşayır.

“Kəlbəcər işğal olunsa da, mənən, ruhən bizimlədir, biz də Kəlbəcərlə. Harada yaşamağımdan asılı olmayaq, hər zaman Kəlbəcəri ürəyimdə daşıyıram. Mənim dünyamda Kəlbəcər müqayisə olunmayan, analoqu olmayan gözəl bir yerdir. Arzumuz budur ki, tezliklə o torpaqlara qayıda bilək. İnsan təkcə gözəl torpaqda doğulduğuna görə yox, ümumiyyətlə doğulduğu yerdə özünü daha rahat hiss edə bilir. Mənim ömrümün bütün fəsilləri, bütün ayları, illəri Kəlbəcərlə bağldır”.

Şairinin sözlərinə görə, əvvəllər doğum günlərini məxsusi olaraq qeyd etmək ənənəsi olmayıb:

“Adi hallarda ad günlərim qeyd olunmazdı. Amma ilk kitabım çıxanda elə bil dünyaya təzə gəlmişdim. Onda 24 yaşım olardı. İlk kitabım “İşıqlar, pərvanələr” adlı şeir kitabı idi. Təbii ki, Sovet dönəmində kitab buraxmaq çox çətin məsələ idi. Mən yazarlar tanıyırdım ki, 70-80 il yaşadı, kitabını çıxarda bilmədi. Amma mənim 24-25 yaşımda kitabım çıxıb, 28 yaşımda SSRİ Yazıçılar İttifaqının üzvü olmuşam. Həmin kitabın təqdimatı mənim ad günümlə eyni vaxta salınmışdı. Təqdimat Kəlbəcər Mədəniyyət evində olmuşdu. Mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm və çox az tələbələrdən olmuşam ki, təyinatım Bakı şəhərinə verilib.

Kitabımın təqdimatında da “Mən iki dəfə dünyaya gəlmişəm, birinci anadan doğulmağım, ikinci isə kitabdan doğulmağımdı. Bu gün kitabımın dünyaya gəlməsi mənim ikinci dəfə dünyaya gəlməyim qədər şərəflidir” demişdim”.


Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page